Yol Polisi: dövlət atributlarının təsvirlərinin nəqliyyat vasitələrinin üzərinə yapışdırılması yolverilməzdir
Bakı, 6 aprel, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, son zamanlar avtomobillərin ban şüşələrinə dövlət gerbinin təsvirinin yapışdırılması halları tez-tez müşahidə olunur. Bu da Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnaməyə ziddir.
Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, dövlət atributunun təsvirinin nəqliyyat vasitələrinin üzərinə yapışdırılması və bu şəkildə istifadə olunması yolverilməzdir. Dövlət atributlarından yalnız xüsusi operativ nəqliyyat vasitələrində, dövlət təşkilatlarına məxsus avtomobillərdə istifadəsi mümkündür. Dövlət atributlarına hörmətlə yanaşmaq Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]