CƏMİYYƏT
Yol qəzası atanın və qızının ölümünə səbəb olmuşdur
Bakı, 13 avqust (AZƏRTAC). Xəzər rayonunun Qala qəsəbəsində Babək rayon sakini İlqar Tanrıverdiyevin idarə etdiyi “Opel-Vita” və Gürcüstan vətəndaşı Əliyar Alıyevın sürdüyü “Şadman” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Tanrıverdiyev hadisə yerində ölmüş, arvadı Səidə, uşaqları Kənan və Züleyxa xəstəxanaya yerləşdirilmişlər. Züleyxa orada dünyasını dəyişmişdir.
Yevlax rayonunda yerli sakin Çənlibel Əbdülovun idarə etdiyi “VAZ-2106” və Xaçmaz rayon sakini Samit Həsənovun sürdüyü “Toyota” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ç.Əbdülov və sərnişini Vidadi Həsənov hadisə yerində ölmüşdür.
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Oruc Mehdiyev isə idarə etdiyi “VAZ-21074” markalı avtomaşınla həmkəndlisi Nofəl Kərimovu vurmuşdur. N.Kərimov hadisə yerində dünyasını dəyişmişdir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam etdirilir.