Y.T.ƏLİYEVƏ AZƏRBAYCAN RESPUBLİKASININ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ DƏRƏCƏSİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin başçıları üçün dərəcələrin və diplomatik rütbələrin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq qərara alıram:
Yaşar Tofiqi Əliyevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 iyul 2002-ci il