Yunanıstanın yeni Baş Naziri: Xalqımın rifahı naminə çalışacağam
Bakı, 8 iyul, AZƏRTAC
Yunanıstanın yeni Baş Naziri Kiriakos Miçotakis növbədənkənar parlament seçkilərinin nəticələrinin açıqlanmasından sonra verdiyi ilk bəyanatda bildirib ki, onun ölkəsi yenidən sürətli inkişaf yoluna qədəm qoyacaq. “Xalqımın rifahı naminə çalışacağam” deyən hökumət başçısı öz komandası ilə birlikdə ölkənin son illər üzləşdiyi iqtisadi problemlərin həllinə səy göstərəcəyini əlavə edib.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, atası da Baş Nazir, böyük bacısı isə Xarici İşlər naziri olmuş Kiriakos Miçotakis ABŞ-ın Harvard və Stanford universitetlərində təhsil alıb. O, 2015-ci ildə koalisiya hökumətində islahatlar üzrə nazir vəzifəsi tutub, lakin maliyyə böhranının güclənməsi səbəbindən istefa verib. Yeni Baş Nazir ictimai xidmət sahələrinin özəlləşdirilməsi və yunan biznesmenlərinin iqtisadiyyata daha çox sərmayə qoyması strategiyasını irəli sürüb.
Avropa Komissiyasının öz postunu tərk edən prezidenti Jan-Klod Yunker Yunanıstanın yeni Baş Nazirini seçkilərdə inamlı qələbə münasibətilə təbrik edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]