YUNESKO İSRAİLİ QÜDSDƏ QAZINTILARI DAYANDIRMAĞA ÇAĞIRMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, YUNESKO İsraili əl-Əqsa məscidinin və Qaya Künbəzinin (Ömərin məscidi) yerləşdiyi Əl-Hərəm əş-Şərifdə və Sitəm divarı yanında torpaq işlərini dayandırmağa çağırmışdır. BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri Təşkilatının fikrincə, bu işlər dünya mədəni irsinin qorunub saxlanılması üçün təhlükə törədir və müxtəlif icmalar arasında münasibətlərdə gərginliyi gücləndirə bilər.
İsrailin Baş naziri Ehud Olmertə göndərilən məktubda YUNESKO-nun baş direktoru Koişiro Matsuura “bütün xoşməramlı insanları hər cür hərəkətləri dayandırmağa çağırmışdır, çünki onlar gərginliyi elə kəskinləşdirə bilər ki, onun miqyasını hazırda heç kim öncədən duya bilməz”. Matsuura hesab edir ki, “dialoq niyyətinin üstün gəlməsi üçün hər cür hərəkətlərin dayandırılması, qarşılıqlı hörmət göstərilməsi ən ağıllı qərar olacaqdır”.
O bildirmişdir ki, İsrail hökuməti Dünya irsi siyahısına və Qorunan dünya irsinin siyahısına salınan Qüdsün Köhnə şəhər hissəsində qazıntı işləri barədə YUNESKO-ya məlumat verməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [14:23]
Çində Ümumdünya Gənclər Forumu keçirilir
- 16.07.2025 [12:53]
Fransua Bayru və büdcə planı: Reallıqdan uzaq gözləntilər
- 16.07.2025 [12:39]