“Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək
Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda görkəmli dilçi, Əməkdar elm xadimi Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, “Yusif Seyidov və Nəsimi”, “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, “Yusif Seyidov unudulmaz müəllim kimi” mövzularında məruzələr dinləniləcək.
Qeyd edək ki, Yusif Seyidov “Müasir Azərbaycan dili” dərsliklərinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir. “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışlarının məhsuludur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]