CƏMİYYƏT
Zaqatalada partlayıcı maddənin partlaması nəticəsində Vətən müharibəsi iştirakçısı həlak olub

Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfər kənd sakini-1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AZƏRTAC-A verilən məlumata görə, həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov həlak olub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, həlak olan şəxs Vətən müharibəsi iştirakçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.12.2023 [13:04]
ANAMA: Ağdam rayonunda mina hadisəsi baş verib
- 05.12.2023 [13:03]
Ağdərə rayonu yenidən təşkil olunur
- 05.12.2023 [12:44]
Sabah bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır
- 05.12.2023 [11:57]
Peyvənd edilməsi qızılcadan qoruyan ən yaxşı vasitədir
- 05.12.2023 [11:50]
İSF-nin gələnilki büdcəsi 238 milyon manat olacaq
- 05.12.2023 [11:43]