ZAQATALADA ÇAY VƏ GÜL LƏÇƏYİ YIĞIMINA BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Zaqatala rayonunun çay və qızılgül plantasiyalarında məhsul yığımına başlanılmışdır.
Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” MMC və Qazangül qəsəbəsindəki çay fabrikinə məxsus plantasiyalardan indiyədək 18 tona yaxın yaşıl çay yarpağı yığılmışdır. Keçən il isə rayonda çay plantasiyalarından ümumilikdə 46 ton yaşıl çay yarpağı tədarük edilmişdi. Cari ildə məhsul tədarükünün 70 tona çatacağı proqnozlaşdırılır.
Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirilmişdir ki, qızılgül plantasiyalarında da məhsul yığımı mütəşəkkil davam edir. İndiyədək mövcud 25 hektar qızılgül plantasiyasından 20 tona yaxın gül ləçəyi toplanmışdır. Tədarük olunmuş məhsul emal üçün Qazangül qəsəbəsində 2005-ci ildən fəaliyyət göstərən “Cəliar” firmasına məxsus gül yağı zavoduna təhvil verilir. Mövsümün sonunadək rayonda qızılgül ləçəyi yığımının 25 tona çatacağı gözlənilir ki, bu da əvvəlki ilin nəticələri ilə müqayisədə 7-8 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]