ORDU
Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib YENİLƏNİB 3
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
Yürüşü izləyənlər arasında ötən ilin sentyabrda keçirilən antiterror tədbirlərinin iştirakçısı Fərəc Baloğlanov da var idi. Fərəc 22 yaşında suverenliyimizin və konstitusiya quruluşumuzun bərpası uğrunda gedən döyüşlərdə iştirakının onun üçün qürurverici bir hiss olduğunu bildirib: “Antiterror tədbirləri zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçirdim. Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak etdim. Bu, mənim üçün ifadə oluna bilməyəcək qədər möhtəşəm duyğudur. Vətən müharibəsində iştirak edə bilmədiyimə görə məyus olmuşdum. Lakin hərbi xidmətimin bitməsinə az qalmış qəhrəmanlarımızın izi ilə gedərək onların missiyasının tamamlanmasında iştirak etdim. Bu gün isə həm yürüşdə iştirak etdim, həm də şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Birinci və İkinci Şəhidlər xiyabanlarına getdim. Bir vətəndaş olaraq Qələbəmiz naminə canını fəda edən döyüşçülərimizi yad etmək, onlara hər il minnətdarlıq bildirmək borcumuzdur”.
54 nömrəli məktəbin 11-ci sinif şagirdi Ülkər Cəfərli sinəsində həmin məktəbin məzunu, Vətən müharibəsi şəhidi, kapitan Həmidağa Hüseynzadənin şəkli ilə yürüşü izləməyə qatılmışdı.
“Atam Azərbaycan Ordusunun zabiti və Aprel döyüşlərinin iştirakçısı, əmim - gizir Anar Cəfərov isə İkinci Qarabağ müharibəsinin şəhididir. O, oktyabrın 3-də Suqovuşanda şəhid olub. Yaşım az olsa da mən həm müharibədə doğmasını gözləyərkən bir insanın hansı hisslər keçirdiyini gözəl bilirəm, həm də çox sevdiyim əzizlərimdən birinin şəhid xəbərini almışam. Əmim A.Cəfərovun və şəklini sinəmdə daşıdığım H.Hüseynzadənin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Hədəfim hərbi həkim olmaqdır. Vətən keşiyində duranlara şəfa vermək istəyirəm”, - deyə Ü.Cəfərli bildirib.
14:40
Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr - Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tərəfindən alqışlarla qarşılanıb.
11:11
8 Noyabr - Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yürüşlər Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Üzeyir Hacıbəyli küçəsi, Rəşid Behbudov küçəsi, Mərkəzi Bank, Heydər Əliyev Sarayı, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.
10.25
Paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə noyabrın 8-də hərbçilərin yürüşləri başlayıb.
AZƏRTAC xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra isə hərbçilərin dörd marşrut üzrə yürüşlərinə start verilib.
Hərbçilərin marşrutlar üzrə Bakıdakı yürüşləri saat 12:00-dək davam edəcək.
Yürüşlər Heydər Əliyev Sarayı, Nizami Kino Mərkəzi, Neftçilər Prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” kompleksi, “İçərişəhər” metrosu, Qala Qapısı, Kukla Teatrı, “Azneft” dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, Nəsimi heykəli, Neftçilər prospekti, Nərimanov heykəli, Mərkəzi Park, Milli Dram Teatrı, Qış Parkı, Heydər Əliyev Sarayı, Mərkəzi Bank, “28 Mall” Ticarət Mərkəzi istiqamətləri üzrə təşkil olunur.