Zəfər Günü münasibətilə ədəbi-bədii gecə keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 8 Noyabr - Zəfər Günü münasibətilə ədəbi-bədii gecə keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri dosent Vaqif Allahverdiyev və “Aran” Televiziyasının rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindik 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs ediblər.
Sonra ADPU-nun Ağcabədi filialının şəhid məzunları Ağaqardaş Abbasovun və Namiq Məmmədlinin valideynləri çıxış edərək şəhidlik zirvəsinə ucalmış məzunların keçdiyi şərəfli döyüş yolundan danışıblar.
Tədbirdə şəhid məzunlar haqqında hazırlanmış videoçarx nümayiş olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:57]
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb
- 23.05.2025 [17:37]
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı
- 23.05.2025 [17:35]
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
- 23.05.2025 [17:04]
Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə
- 23.05.2025 [16:22]