ELM VƏ TƏHSİL
“Zəfər kuboku” turnirinin üçüncüsü olan BDU-nun futzal komandası ilə görüş


Bakı, 8 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Zəfər Gününə həsr edilmiş futzal yarışlarında üçüncü yeri qazanan universitetin komandası ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə idman və tələbələrin fiziki hazırlığından, onların bu sahədə əldə etdikləri uğurlardan söz açıb. Komanda üzvlərini qazandıqları qələbə münasibətilə təbrik edən prorektor onlara gələcək yarışlarda uğurlar arzulayıb.
İdman-sağlamlıq Mərkəzinin direktor müavini Akif Atakişiyev, məşqçi Cavid Rəhimov və komandanın kapitanı Ədalət Qafarlı göstərilən diqqətə və yaradılan şəraitə görə BDU-nun rəhbərliyinə təşəkkürünü bildirib, bundan sonrakı yarışlarda da uğurla iştirak edəcəklərini və universitetin adını daim uca tutacaqlarını ifadə ediblər.
Sonda komanda üzvlərinə hədiyyələr təqdim olunub.