Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər tariximiz - Suqovuşanın işğaldan azad edilməsindən bir il ötür

Suqovuşan, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ötən il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Axşam saatlarında Prezident İlham Əliyev bu xoş xəbəri tviter səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısı həmin gün daha bir paylaşım etdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu. İşğaldan azad edilmiş digər yaşayış məntəqələrimiz kimi, Suqovuşanın da yeni - azad, işıqlı günləri başlandı.

Suqovuşana həyat yenidən qayıdır

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Qarabağımızın digər guşələri kimi, Suqovuşana da həyat yenidən qayıdır. Kənd işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanıldı. Qısa vaxtda uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan -Talış avtomobil yolu ikinci texniki dərəcəyə uyğun yenidən quruldu. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi, kəndin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edildi. Kənd elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparıldı. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarında təmir işlərinə başlanıldı.

Susuz qalan torpaqlar yenidən canlanır

1976-cı ildə istismara verilən Suqovuşan su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kubmetr olan su anbarından Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulub. 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

Artıq Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o deməkdir ki, ermənilərin ekoloji terroru səbəbindən 30 ilə yaxındır susuz qalan torpaqlara yeni həyat gəlib.

Suqovuşanın turizm potensialı böyükdür

İşğaldan azad edilən Suqovuşan kəndi turizm potensialı ilə seçilən ərazilərimizdəndir. Kəndin saf dağ iqlimi, gözəl təbiət mənzərələri, Tərtərçayın kənarında yerləşməsi, tarixi abidələri, su anbarı burada turizmin inkişafı üçün çox əlverişlidir. Sadaladığımız bu amillər, eyni zamanda, kənddə infrastrukturun yenidən qurulması Suqovuşanın turizm məkanı kimi də şöhrət tapacağına zəmin yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İbrahim Kalın: Müasir Türkiyə tarixin gedişatını istiqəmətləndirən aktordur

“QUMUN 2026” iştirakçıları beynəlxalq qərarqəbuletmə proseslərini simulyasiya ediblər

Nərimanov rayonunda “Opel” markalı avtomobildə yanğın olub

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulub

“Qarabağ” növbəti transferini reallaşdırıb

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edir

Trump: İranla danışıqlar nizamlı və konstruktiv şəkildə davam edir

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla həmrəyik

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Qaxlı müəllimlər atıcılıq üzrə yarışda bacarıqlarını sınayıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Yeni çağırışlar” kitabı təhsil ictimaiyyətinin diqqət mərkəzində

Xaçmaz–Xudat–Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb

İƏT-ə üzv 15 ölkə Somalinin separatçı bölgəsinin İsraildə səfirlik açmaq niyyətini pisləyib

“Real Madrid” 10 futbolçusunu sata bilər

Qazax bəstəkarı: Qıpçaq qızı Appak və Nizami Gəncəvi haqqında opera Türk dünyasının birliyinin simvoludur - MÜSAHİBƏ

Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Qarabağ atları və Azərbaycan milli musiqisi Avropada böyük maraqla qarşılanıb

İstanbulda keçirilən Etnoidman Mədəniyyət Festivalında Azərbaycan musiqisi və ədəbiyyatı geniş təbliğ edilir

İçərişəhər WUF13 çərçivəsində canlı və rəngarəng incəsənət platformasına çevrilib

Şəki və Zaqatalada qəbul imtahanı 11 mərkəzdə aparılıb

DİM II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil edib

Azərbaycan və Gürcüstan rəsmiləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Nikol Paşinyan: Yaxın gələcəkdə Naxçıvan üzərindən Türkiyə və Azərbaycanla dəmir yolu açılacaq

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Azərbaycan və İrlandiya arasında diaspor əlaqələri gücləndirilir

“Airbus” rəhbəri “Scaf” döyüş təyyarəsi layihəsinə yenidən baxılmasını istəyir

Bakıda 26 dərəcəyədək isti qeydə alınıb, bəzi rayonlara yağış yağıb – FAKTİKİ HAVA

Bu saata olan əsas xəbərlər

Türkiyənin energetika naziri: Avropada “elektrik TANAP”a maraq artır

Azərbaycan Moskvada keçirilən “Spring Bazaar” layihəsində təmsil olunub

Azərbaycan millisinin baş məşqçisi: Dünya Kubokunda heç bir rəqibdən çəkinmirik

“Mançester Siti”dən ayrılan Qvardiola gələcək planlarını açıqlayıb

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Kiyevə atılan raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilərə düşüb VİDEO

Cəlilabadda zəlzələ baş verib

Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulur

Polşa Silahlı Qüvvələri: Rusiyanın fəaliyyəti səbəbindən hərbi təyyarələr havaya qaldırılıb

Azərbaycan tarixi Səməd Vurğun yaradıcılığında

“Axios”: ABŞ və İran arasında atəşkəs uzadılacaq, danışıqlar davam etdiriləcək

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

Türkiyədə zəlzələ olub

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Ağ Evdə təhlükəsizlik məntəqəsinə atəş açan şəxsin kimliyi məlum olub – YENİLƏNİB 2 VİDEO

Bu gün II və III ixtisas qrupları üzrə 57 minədək abituriyent imtahan verəcək

Kiyevə raket zərbələri davam edir, yaralıların sayı artıb  - YENİLƏNİB 2

Meksikanın nüfuzlu jurnalında Azərbaycanla bağlı silsilə məlumatlar dərc olunub

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 200-ü keçib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert – “90 illik irs” VİDEO

ABŞ Prezidenti: İranla sazişin təfərrüatları tezliklə açıqlanacaq

“Bavariya” futbol üzrə Almaniya kubokunun qalibi olub

Fransada Yelisey sarayında axtarış aparılıb

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Los-Ancelesdə ABŞ-Avrasiya Nəqliyyat Forumu təşkil edilib VİDEO

Azərbaycan Minifutbol Federasiyasının prezidentinin millinin üzvləri ilə görüşü olub

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Rəssam, heykəltaraş İmanverdi Mustafayevlə vida mərasimi olub

U-15 Avropa çempionatında daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb

Azərbaycanın üç güləşçisi Avropa çempionatının finalında

İtaliyalı hücumçu Azərbaycan millisinə cəlb olunub

Azərbaycanın qadın karateçisi Avropa çempionu olub

WUF13 rekord sayda iştirakçı və tərəfdaşın iştirakı, həmçinin Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır

"Şamaxı" Ayxan Abbasovla yollarını ayırıb

Premyer Liqada daha bir oyun reallaşıb

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

Almaniyada planer avtomagistrala düşüb, bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti VİDEO

Tramp həftəsonu İranla müharibəni davam etdirib-etdirməyəcəyinə qərar verəcək

Bu saata olan əsas xəbərlər

Pakistan ABŞ-İran sülh sazişi üzrə anlaşmada müəyyən irəliləyiş olduğunu bildirib

Sankt-Peterburqda Azərbaycan dövlətçiliyinin 108 illik tarixi qeyd olunub

ABŞ hərbi komandanlığı İran limanlarına daxil olan və çıxan 100 ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb

Türkiyənin Qars şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı keçirilir

Media: Azərbaycan WUF13 platformasında dünyaya şəhərlərin inkişafına dair öz vizyonunu nümayiş etdirib

“Təbiətin fırça izi” sərgisi - gənc yaradıcılığın yeni təqdimatı

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Azərbaycan ilk dəfə “Microsoft” üzrə dünya çempionatına qatılacaq VİDEO

Sudanın Qərbi Kordofan vilayətində vəba yayılır, onlarla insan həyatını itirib

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Hakimlər Komitəsinin sədri: Şamaxıda güləşin zəngin ənənələri var VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

Aysel Gülməmmədova: WUF13 yeni beynəlxalq əməkdaşlıqlar üçün imkan yaratdı VİDEO

“Qarabağ” 3 futbolçu ilə yollarını ayırıb

Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb

Azərbaycan diasporu Dublində ilk dəfə geniş icma toplantısında bir araya gəlib

Premyer Liqa: “Neftçi” “Kəpəz”ə qalib gəlib

Futbol üzrə dünya çempionatının final biletləri 30 min dollara qədər yüksəlib

Braziliyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konsert proqramı baş tutub

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Səudiyyə Ərəbistanı milyon yarımdan çox zəvvarın təhlükəsizliyi və rahatlığı ilə bağlı görülən tədbirləri açıqlayıb

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

Lənkəranda idarəetməni itirən sürücü piyadanı vuraraq öldürüb VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə töhfə verdi – Fəxriyyə Xələfova VİDEO

Ekvadorlu tədqiqatçı: Azərbaycanın “ağıllı şəhər” təcrübələrinin Latın Amerikasında tanıdılmasında maraqlıyıq

Qətər: Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə böhranı dərinləşdirə bilər

UZA xəbər agentliyi: Özbəkistan və Azərbaycan investisiyaların cəlb edilməsi üzrə yeni mərkəz yaradır

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

AzTU ilə Qazaxıstan universitetləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

Qlobal şəhərsalma gündəliyi Bakıda formalaşdı- ŞƏRH

Milli Kitabxananın 103 illiyinə həsr olunan sərgi açılıb

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Abşeronun Masazır qəsəbəsində baş verən yol qəzasında bir nəfər xilas edilib VİDEO

Azərbaycan və Qazaxıstan arasında hərbi təhsil əməkdaşlığı müzakirə edilib