CƏMİYYƏT


“zəfər.az” saytı 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir

Bakı, 21 yanvar, AZƏRTAC

“zəfər.az” saytı ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və Böyük Qayıdışla bağlı məlumatları özündə əks etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri zəfər.az saytının təqdimat mərasimində çıxış edən “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova deyib.

O bildirib ki, saytın ideyası və konsepsiyası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məxsusdur. Ümumilikdə 12 bölmə, 62 alt bölmə üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində versiyalarının hazırlanması da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.