REGİONLAR
ZƏRDAB PAMBIQÇILARI ÜÇÜNCÜ KOMPLEKS BECƏRMƏNİ BAŞA ÇATDIRMIŞLAR
Zərdab rayonunda bu il 2239 hektarda pambıq yetişdirilir. Tarlalarda yüksək aqrotexniki qaydalarla aparılan üçüncü kompleks becərmə artıq başa çatdırılmışdır.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, sahələrin hazırki vəziyyəti yaxşı məhsuldan xəbər verir. Hər yerdə seyrəltmə keyfiyyətlə aparılmış, bitkilərə azot gübrəsi verilmişdir. Tarlaların becərilməsində 12 kultivatorun, 8 çiləyicinin gücündən istifadə olunur.
Bu günlər hər yerdə sahələr suvarılır. Selləmə və göllənməyə yol verilmədiyindən, cərgələrin arası vaxtında yumşaldıldığından bitkilər sürətlə boy atır.