Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.

Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.

Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.

Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.

İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.

Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.

Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.

O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.

1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.

Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.

E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.

Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.

E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.

Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.

O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi “humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın”.

Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar.

Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən “Qara qaya” deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada milis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.

Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyiblər.

Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər “Alazan” tipli raket atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.

Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları işdən çıxarıblar, dördaylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun, palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.

Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib: “Biz Şelliyə çatmağa az qalmış anam şəhid oldu, mən, atam və bacım yaralandıq”.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Norveçdə “Əqrəb mövsümü” serialının aktyorları ilə görüş keçirilib

Azərbaycan cüdoçuları Ermənistan təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib

Azərbaycanın basketbol millisi Dünya Kubokunun seçmə mərhələsinə qələbə ilə başlayıb

Bakıda daha bir marşrutun avtobusları yenilənir

Meksikada keçirilən görüşlərdə Azərbaycanın COP29 Sədrliyi çərçivəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib

Türkiyə Prezidenti Qarabağ atlarının iştirakı ilə təqdim olunan çıxışı izləyib

İsveçin vəliəhd şahzadəsi Viktoriya kiçik leytenant rütbəsi alıb

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib VİDEO

“Nissan” baş ofisini 700 milyon dollara satır

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının baş sessiyasında AQTA nümayəndə heyəti ilə təmsil olunacaq

“Şahdağ Qusar” çempionluq kubokunu qusarlı futbolsevərlərə təqdim edib

“Azərbaycanım” Beynəlxalq VIII Uşaq və Gənc Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb

Naxçıvan təmsilçisi növbəti dəfə ölkə birincisi olub

Paytaxtda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Kaya Kallas: Şimali Makedoniyanın gələcəyi Aİ-dədir

Ərzincanda “Qərbi Azərbaycana qayıdış” layihəsi çərçivəsində konfrans keçirilib

Qazaxıstan-Özbəkistan sərhədində yük maşınları üçün elektron növbə sistemi tətbiq ediləcək

Serbiya XİN: Bosniya və Herseqovinada bərabərhüquqluların dialoquna inanırıq

FHN-in Aran Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib

Qarsda Azərbaycanın “Konstitusiya və Suverenlik İli” münasibətilə konsert keçirilib

Monteneqro Prezidenti: ABŞ-ın Ukraynada sülh üçün səylərini alqışlayırıq

“E-sosial” mobil tətbiqi vasitəsilə 23 mindən çox əmək müqaviləsi elektron şəkildə imzalanıb

İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə qəbul təşkil edilib

Bazar günü havanın temperaturu 28 dərəcə olacaq

Bu gün türkoloq-alim Cavad Heyətin anadan olmasından 100 il ötür

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

Uşaq inkişaf mərkəzinin şagirdləri rusiyalı kosmonavt Fyodor Yurçixin ilə virtual bağlantı yaradıblar VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

“Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda konfrans keçirilib VİDEO

Qərbi Azərbaycan İcması İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsini alqışlayır

Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə xatirə abidəsi qurulub

Türkiyə Prezidenti Gürcüstan Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Minifutbol üzrə ikinci Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi olub

Ağcabədidə çiyid səpini başa çatıb

FHN-in qurumları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol çempionatına yekun vurulub

NBA: “İndiana Peysers” seriyada ikinci qələbəsini qazanıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib

Bəzi yerlərdə leysan xarakterli yağıntılar müşahidə olunur - FAKTİKİ HAVA

İlin əvvəlindən “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Fövqəladə Hallar Nazirliyi MDB ölkələrinin birgə təlimində iştirak edib

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbdə Azərbaycan dövlətçiliyinin memarının xatirəsi ehtiramla yad edilib

Bu gün Misli Premyer Liqasının sonuncu turun oyunlar keçiriləcək

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Kiyevə kütləvi raket və dronla hücum edilib, dağıntılar var VİDEO

Dünya birjalarında neft bahalaşıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində kibertəhlükəsizlik mövzusunda maarifləndirici tədbir keçirilib

Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

Dünya bazarında qızıl 71 dollaradək bahalaşıb

İndoneziyada BMT-nin Qlobal Sazişi çərçivəsində fəaliyyət platformasının yüksək illik iclası keçirilib

Folklor İnstitutunun direktoru respublika konfransında çıxış edib

Azərbaycan neftinin qiyməti 67 dolları ötüb

Media: Tramp Avropa ölkələrinin Çin mallarına yeni tariflər tətbiq etməsini istəyir

Könlümün sevgili məhbubu mənim...

Mahir Tağızadə: Səhnənin sehri məni həmişə özünə cəlb edib - MÜSAHİBƏ

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Aleksandar Vuçiç: Serbiya-Macarıstan tarixdə ən yaxşı münasibətlərə malikdirlər

Türkiyə universitetinin dekanı: Qərbi Azərbaycan reallıqlarının təbliği bütün dünyanı əhatə etməlidir

Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş filminin premyerası Cenevrədə keçiriləcək

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsinə verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib

“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib

Rumıniya mediası: Azərbaycanla əməkdaşlıq sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib

Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir