Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Bakı, 17 aprel, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.

Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.

Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.

Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.

İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.

Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.

Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.

O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.

1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.

Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.

E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.

Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.

E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.

Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.

O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi “humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın”.

Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar.

Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən “Qara qaya” deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada milis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.

Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyiblər.

Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər “Alazan” tipli raket atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.

Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları işdən çıxarıblar, dördaylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun, palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.

Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib: “Biz Şelliyə çatmağa az qalmış anam şəhid oldu, mən, atam və bacım yaralandıq”.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki nəfər saxlanılıb

Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək

Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir

Yalçın Rəfiyev: Qlobal Cənub iqtisadi-siyasi baxımdan inkişaf mərhələsindədir

Bu il orta aylıq əməkhaqqı 10 faiz artıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 23 mindən çox xidmət göstərilib

ADAU-da “Azərbaycan kənd təsərrüfatında bitki mühafizəsi sektorunda mövcud inkişaflar” mövzusunda karyera tədbiri keçirilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib

Hava proqnozu: Leysan olacaq, dolu düşəcək, qar yağacaq

BMU tələbələri beynəlxalq sərgilərdə startapları ilə təmsil olunurlar

Türkiyə Prezidenti ABŞ, Səudiyyə Ərəbistanı və Suriya liderləri ilə dördtərəfli görüşdə iştirak edib

“Bloomberg”: NATO sammitində alyansın gücləndirilməsi məsələsi müzakirə olunacaq

Azərbaycan İdman Akademiyasında növbəti karyera sərgisi təşkil olunub

“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək

Prezidentimizin şəhid ailələri və müharibə əlilləri ilə bağlı Sərəncamı vətəndaşlara mütəmadi dövlət qayğısının göstəricisidir - ŞƏRH

Perunun hökumət başçısı istefa verib

Donald Tramp: İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik

Səməd Seyidov: Yeni reallıq Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirib

“Qarabağ” akademiyasının koordinatoru: “Udineze”dən sonra, “Levante” ilə əməkdaşlığa başlaya bilərik

Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların 17-ci paketini təsdiq ediblər

BDYPİ kənd təsərrüfatı texnikalarının avtomagistrallarda hərəkətinə dair açıqlama yayıb

“Qarabağ” akademiyasının futbolçuları İtaliya klubunun təlim-məşq toplanışlarında iştirak edəcəklər

Fransada həmkarlar ittifaqları ölkə daxilində milli tətil üçün çağırış edib

İşğaldan azad edilmiş ərazilərdə həyat qaynayır, muğam sədası eşidilir…

Dövlət Miqrasiya Xidmətinin Çağrı Mərkəzinə daxil olan 6 min 169 zəng cavablandırılıb

Belarus biznesi Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır – MÜSAHİBƏ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir

Sorğu: Ukrayna Prezidentinə etimad reytinqi artır

Parlamentdə Qlobal Cənubun yüksəlişi ilə bağlı müzakirələr aparılır

Almaniyada dəri xərçəngi xəstələrinin sayı kəskin artıb

Monteneqroda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Yeni tədqiqat: Oturaq həyat tərzi Altsheymer xəstəliyini ağırlaşdıra bilər

Minlərlə dövlət qulluqçusu Londondan köçürüləcək

BDU “Caspian Agro” - XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində təmsil olunur

Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib

UNICEF: Britaniyada yeniyetmələr xoşbəxt deyil

İKTA-da internet xidməti təchizatçılarının nümayəndələri üçün təlim təşkil olunub

® Şahin Bağırov Milli Biznesin İnkişafı Forumunun üçüncü sessiyasında iştirak edib

Azərbaycanda ensiklopediyaların nəşr tarixi araşdırılıb

“Ookla” “Onlayn Azərbaycan” layihəsi haqqında analitik məqalə yayımlayıb

"Şeffild Yunayted" və "Sanderlend" komandaları Premyer Liqaya yüksəlmək üçün üz-üzə gələcək

Türkiyə nümayəndə heyəti ilə Cəbrayılda həyata keçirilən layihənin hazırkı vəziyyəti müzakirə olunub

Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb

“Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya keçirilir YENİLƏNƏCƏK  VİDEO

“Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiya keçirilir YENİLƏNƏCƏK VİDEO

Azərbaycanlı skripkaçının növbəti uğuru

İtaliya çempionu olan komanda C Seriyasına düşüb

“Ən yaxşı təqdimat” müsabiqəsində 8 paytaxt məktəblisi fərqlənib

Bir sevgi, bir şəhid, bir ömürlük sədaqət

“Apple” öz cihazlarını düşüncə gücü ilə idarə edəcək texnologiyanı sınaqdan keçirir

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Bilim Quba” Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in Antalya konfransında təmsil olunub

“Məktəblilərarası Milli Hakaton”nun növbəti mərhələsində 1640 şagird yarışacaq

Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub

Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub

İtaliya Kuboku: “Milan” bu gün altıncı dəfə titulu qazana bilər

Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cənab Santyaqo Penyaya

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıblar

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 48 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 48 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Mərkəzi Asiya və Qafqaz üzrə Balıqçılıq və Akvakultura Komissiyasının Texniki Məsləhət Komitəsinin yeddinci iclası keçirilir

® Müalicə-Sağlamlıq Mərkəzinin bütün mebelləri yerli istehsalla təmin edilib. “Gardashlar Mebel”dən Şuşada səhiyyəyə töhfə

Kayl Uolker mövsümün sonunda “Mançester Siti”yə qayıdacaq

Ötən ay proaktiv qaydada yaşa görə pensiya təyin olunanların sayı açıqlanıb

Media subyektlərinin nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilir

NBA: “İndiana Peysers” yarımfinalda, “Oklahoma-Siti Tander” seriyada önə keçib

Bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə min mənzilin verilməsi nəzərdə tutulub

Unudulmaqda olan türk sənət növləri yenidən gündəmə gəlir - ADPU-da seminar

Bakıda “Təbiət naminə ölkələri səfərbər edən kənd təsərrüfatı” mövzusunda konfrans keçirilib

Naxçıvanda təcili tibbi yardım xidmətləri üzrə maddi-texniki baza gücləndirilir

Bəzi çaylarda sululuq artıb – FAKTİKİ VƏZİYYƏT

Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür

Gənc dilçi doktorant və dissertantların “Sələflər və xələflər” respublika elmi konfransı keçirilib

Qoşulmama Hərəkatına üzv dövlətlərin səhiyyə nazirləri beynəlxalq əməkdaşlığın vacibliyini müzakirə ediblər

Bu gün Türkiyə Kubokunun sahibi bəlli olacaq

Doqquzuncu “Muğam” Televiziya Müsabiqəsi başlayıb

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 5 faiz artıb

Buraxılış imtahanı iştirakçıları arasında keçirilən sorğunun nəticələri açıqlanıb

DİN: Telefonla bank kartlarına yönələn sorğular dələduzluğa xidmət edir

“Qeyri-rezident fiziki şəxslərin akkreditasiyadan keçirilməsi qaydası və həmin şəxslərə dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

BMqT: Silahlı münaqişə və təbii fəlakət zonalarında məcburi köçkünlərin sayı rekord həddə çatıb

Gürcüstanda miqrasiya siyasəti sərtləşdirilir

Bu gün “Sabah” və “Neftçi” arasında final seriyasının altıncı oyunu keçiriləcək

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

Dünya birjalarında neftin ucuzlaşması davam edir

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

Tələbələrin uğuru: AzMİU komandası beynəlxalq müsabiqədə ilk beşlikdə

Naxçıvanda ikin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə təlimlərə start verilib

Qubada Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin xatirəsi anılıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Miqrenin erkən simptomlarına qarşı effektli dərman aşkarlanıb - TƏDQİQAT

Britaniyalı bioloqlar ürək əzələsinin əsasının formalaşmasını hüceyrə səviyyəsində izləyiblər

Vaşinqtonda “İbrahimin oğulları” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib VİDEO

Vaşinqtonda “İbrahimin oğulları” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib VİDEO

Naxçıvanda “Kiber Suverenlik” konfransı keçiriləcək

Qazaxıstanda sənaye məqsədilə çətənə yetişdirilməsi leqallaşdırıla bilər

Böyük Britaniyada bu yaz tarixdə ən quraq bahar mövsümü ola bilər

Rusiya-Ukrayna danışıqları üçün İstanbulun seçilməsinin səbəbləri məlum olub

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

Şotlandiyada yardımlı ölümlə bağlı qanun layihəsi ilkin mərhələdə təsdiqlənib

Sosial şəbəkələr yaşlıların sağlamlığına güclü təsir göstərir – TƏDQİQAT