REGİONLAR
Zərərvericilərə qarşı mübarizə tədbirləri gücləndirilir
Şamaxı, 19 yanvar (AZƏRTAC). Şamaxı rayonunun torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 18 min 457 hektara payızlıq taxıl əkmişlər.
Taxıl əkini sahələri əvvəlki ildəkindən 1000 hektar çoxdur. Rayonun bir sıra ərazi vahidlərində əkin sahələri xeyli genişləndirilmişdir. Belə ki, Göylərdə 2 min 788, Çarhanda 1800, Qızmeydanda 1.777, Quşçuda 1.057, Şəhriyar qəsəbəsində 1000 hektara toxum səpilmişdir.
Hazırda hər yerdə taxıl əkinlərinin zərərvericilərdən mühafizəsinə xüsusi diqqət yetirilir. Son vaxtlar havaların quraq və mülayim keçməsi gəmiricilərin törəyib artmasına şərait yaratmışdır. Məhz buna görə də hər yerdə mütəmadi olaraq müşahidələr aparılır, zərərvericilər aşkar edilən ərazilər dərhal dərmanlanır. Bu məqsədlə rayona kifayət qədər kimyəvi preparat gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]