Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərifə xanım Əliyevanı xatırlayarkən: bir ömrün milyon qəlbə düşən işığı

Bakı, 28 aprel, AZƏRTAC

Zərifə xanım Əliyeva bənzərsiz, işıqlı bir ömür yaşayıb. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, əhatəsində olan hər kəsə, gözünün nurunu itirmiş insanlara...

O, 62 il ömür sürüb. Bu qısa ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır. Onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Hər dəfə Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxanda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli lider Heydər Əliyevin öz ömür-gün yoldaşına bəslədiyi müqəddəs məhəbbət duyğuları insanı riqqətə gətirəcək qədər təsirlidir.

Zərifə xanım həyatı daim mübarizələrdə keçən Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət...

Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.

AZƏRTAC Zərifə xanım Əliyevanın doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev rektor, nazir, Mərkəzi Komitənin katibi, Baş nazirin müavini kimi yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində övladları üçün həyat məktəbi idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, səmimiliyi, insanlara sevgisi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun şəxsiyyətində öz təcəssümünü tapmışdı. Peşə seçmək vaxtı yetişəndə tərəddüd etmədən həkimliyi seçdi. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu və institutu əla qiymətlərlə bitirdi. Oftalmologiya peşəsinə yiyələnmək arzusu ilə Moskva şəhərinə üz tutdu, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçdi.

Zərifə xanım, ilk növbədə, həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.

Zərifə xanım fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.

Zərifə xanım Əliyeva bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.

Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o, özündən sonra dəyərli məktəb qoymuşdu.

Dünya oftalmologiya elminin tanınmış simalarının Zərifə xanım Əliyeva haqqında bəzi fikirlərini xatırlatmaq yerinə düşər. Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”. Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.

Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz - əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır

Böyük Britaniyaya getmək istəyən 300-dən çox miqrant Liviyada girov götürülüb

Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol

Almaniya və Niderlandda kokain qaçaqmalçılığı şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat təşkil olunub

“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən dövlət qulluqçuları üçün təlim təşkil olunub

İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

FHN: Araz çayında batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir VİDEO

Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir

İKTA və ICANN internet idarəçiliyinin gücləndirilməsi sahəsində anlaşma memorandumu imzalayıb

Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir

Deputat: Türk dünyası bizim ailəmizdir

Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb

Mərkəzi Bank ilin sonunadək "Data Lakehouse" sisteminə keçəcək

Ufuk Turganer: Türk dünyasına mənsub ölkələrin mədəniyyəti ilə tanış olmaq xoş təəssürat yaratdı

Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb

Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb

BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir

Qadın güləşi üzrə milli komandanın üzvləri yeni antidopinq qaydaları ilə tanış olublar

Səfir: Birlik və qardaşlıq ruhunun yeni nəslə aşılanması böyük əhəmiyyət daşıyır

Qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi: Dünya Kubokundakı çıxışımızla qürur duyuram

Azərbaycan Gürcüstan iqtisadiyyatına investisiya yatıran ölkələrin siyahısında dördüncüdür

Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur

Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb

Bu il 87 mindən çox şagird paytaxt məktəblərinin buraxılış siniflərini bitirir

Laçın, Xocavənd və Xocalıda əkin sahələrinin vəziyyəti qiymətləndirilib, sakinlərə məsləhətlər verilib

Çingiz Hüseynzadə: Türkiyə millisi dünya çempionatında bütün rəqiblərə qarşı çox yaxşı mübarizə aparacaq

AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub

Yaxın Şərqdəki münaqişə Avropa İttifaqının enerji xərclərini 47 milyard avro artırıb

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

2026-cı ilin ikinci yarısında qızıl, enerji və valyuta bazarlarını nə gözləyir? VİDEO

Bahar Özsoy: BTQ-nin modernləşdirilməsi Orta Dəhlizin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüsal Xəlilov: Dələduzluğa qarşı mübarizə Mərkəzi Bankın diqqət mərkəzindədir VİDEO

Vüqar Gülməmmədov: 2025-ci ilin dövlət büdcəsinin icrası prosesində ikili uçot halına rast gəlinməyib

Azərbaycan və Mərkəzi Asiya Fintex assosiasiyaları arasında memorandum imzalanıb

MOK-un vitse-prezidenti: Ronaldunun dünya çempionu olacağını yaşayıb görəcəyik

Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Zakir Nuriyev: Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi qrupları yaradılmalıdır VİDEO

Çingiz Hüseynzadə: Biz çalışırıq ki, Olimpiya hərəkatını təbliğ etməyə davam edək

Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb

Nazir: Dövlət büdcəsinin gəlir və xərclərinə nəzarət məqsədilə maliyyə hesabatlılıq portalı istifadəyə verilib

Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır

AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş

Baş Prokurorluğun idarə və şöbə rəisləri canlı yayımda sualları cavablandıracaqlar

Şəkidə taxıl biçininə start verilib

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Milli Olimpiya Komitəsi ilə “Visa” arasında əməkdaşlıq müqaviləsi imzalanıb VİDEO

Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə fasilələrlə yağıntılı olacaq

Rəsmi Bakının məqsədi regionda sülhə nail olmaq və iqtisadi inkişafa təkan verməkdir

Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır

Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil

Son 5 ildə sosialyönümlü xərclər 3,9 milyard manat və ya 34,1 faiz artıb

Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər

Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib

Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?

“Tərtər” bazarında yoxlama aparılıb

Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb

Pskov hava limanında uçuşlar dayandırılıb

Maliyyə naziri: Qeyri-neft baza kəsirinin davamlı olaraq azaldılmasına çalışırıq

Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu

Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq

Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb

Maliyyə naziri: Ötən il xərclərin səmərəli, ünvanlı və ehtiyaclara uyğun icrası təmin olunub

“Şimal-Cənub” marşrutunun Azərbaycandan keçən hissəsinin ötürücülük qabiliyyəti beş dəfə artıb

Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük göndərilib

İsrail ordusu Qəzzada HƏMAS-ın Dəniz Polisi qərargahı və silah anbarlarına hücum edib

Sahil Babayev: Bu il Dövlət Neft Fondundan büdcəyə transferin azaldılması planlaşdırılır

Kəlbəcərdə Günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib

Ekspert: Azərbaycan qlobal logistika proseslərinin fəal iştirakçısıdır

Nazir: Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalıb

“Airbus” və “Dassault” birgə döyüş təyyarəsinin yaradılması ilə bağlı layihəni dayandırır

Dünyada dövlət borcu ÜDM-ə nisbətən ən aşağı olan ölkələrdən biri Azərbaycandır

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək

Maliyyə naziri: Ötən il Azərbaycanın qeyri-neft sektoru daha da genişlənib

Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Çin alimləri kosmosda qaraciyər xəstəliklərinin inkişaf mexanizmlərini tədqiq ediblər

Sahil Babayev: Ötən il Azərbaycan üçün növbəti uğurlu il olub

Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Türkiyədə aktiv rəqəmsal bankçılıq müştərilərinin sayı 129 milyonu ötüb VİDEO

Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb

“Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması”: İctimai müzakirə

Azərbaycanın xarici işlər naziri Yaponiyaya rəsmi səfərə yola düşüb

Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb

NBA: “San-Antonio Spörs” final seriyasında önə keçib

Odessa sahillərində 15 ölü delfin aşkarlanıb

Dərmanların təhlükəsizliyi necə qorunur?

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb