CƏMİYYƏT
Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib
Bakı, 8 may, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar mayın 8-də Baş Prokurorluqda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin yalnız ölkədə deyil, ölkə xaricində də geniş fəaliyyəti olub: “Ulu Öndər tək Azərbaycanda yox, keçmiş SSRİ ərazisində tarixi xidmətlər göstərib. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi dövrdə Heydər Əliyevin xidmətləri nəticəsində Baykal-Amur Magistralının tikintisi başa çatdırıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu gününü görürdü”.