Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏRH

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir -  ŞƏRH

Bakı, 3 may, AZƏRTAC

Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu özündə hazırkı dövrün əsas çağırışını ehtiva edir. Prezident İlham Əliyev Forumun açılış mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrini təqdim etməklə yanaşı, bu günümüz və gələcəyimiz üçün qarşıda dayanan hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildiyi kimi, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var: Dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirmək. Əsas mesajın ümid olduğu və Azərbaycanın bu ümidi bütün dünyaya yaymağı səmimiyyətlə arzuladığı diqqətə çatdırıldı. Forumda 100-dən çox ölkəni 700 qonağın təmsil etməsi bir daha tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirdi. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal problemlərin həllində fəal iştirakı bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki, Forum çox mühüm beynəlxalq platformadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.

Diqqəti dövlətimizin başçısının çıxışı zamanı səsləndirdiyi çağırışlara yönəldən V.Rəhimzadə qeyd edib ki, V Forumun keçirildiyi 2019-cu ildən bizləri beşillik zaman ayırır. “2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb”, - söyləyən Prezident İlham Əliyev bildirdi ki, biz yeni münaqişələri, yeni qeyri-sabitlik məkanlarını və yeni təhdidləri görürük. Belə bir əminlik də ifadə olundu ki, Forum çərçivəsində yeni ideyalar və yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın. Ümumilikdə I Dialoq Forumunun ilk dəfə Bakıda 2011-ci ildə keçirildiyini nəzərə alsaq, ötən 13 ildə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların miqyasının olduqca böyük olduğunu təsəvvürümüzdə canlandıra bilərik. Təkcə sonuncu tədbirdən keçən 5 ildə cərəyan edən hadisələr Azərbaycanın qlobal gücə çevrildiyini sübut edir. Bu dövrdə Azərbaycan tarixi Zəfərə imza atdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi.

Torpaqlarımız 30 il işğal altında qaldı. Bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakin bu qətnamələr 28 il kağız üzərində saralaraq icrasını gözlədi. Səbəb təbii ki, onların tətbiqi üçün vahid mexanizmin olmaması idi. Azərbaycan ən yüksək tribunalardan bəyan etdi ki, BMT qətnamələrinin icrası üçün vahid mexanizmin müəyyənləşdirilməsi əsas tələblərdəndir. Bəzi hallarda bu qətnamələr 1-2 saat ərzində icra edilir, amma Azərbaycana gəldikdə 28 il gözlədik. Bu qətnamələrin hazırlanmasında və qəbulunda iştirak edən dövlətlər, ən əsası hazırda tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu sənədlərin icrasına səy göstərmədilər, hətta, Ermənistana açıq-aşkar dəstəkləri ilə diqqətdə oldular. Hadisələrin bu şəkildə davamı, erməni silahlı birləşmələrinin mütəmadi olaraq sərhəddə təxribatlar törətmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, sülhə müharibə yolu ilə nail olmalı idik və 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsi azad edildi. Ötən ilin sentyabr ayında ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik. İndi isə münaqişədən sonrakı vəziyyətdəyik.

YAP Xətai rayon təşkilatının sədri Forumun mövzusuna uyğun olaraq qeyd edib ki, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycanın həyata keçirdiyi məqsədyönlü xarici siyasətin əsas tərkib hissəsidir. Ölkəmiz tarixi Zəfərindən sonra Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Prezident İlham Əliyev bir daha diqqəti bu məsələyə yönəldərək bildirdi ki, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə müsbət tendensiyaya və sülhə doğru gedirik. Sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Cənubi Qafqazda buna imkan verməyəcəyik. Otuz illik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, Cənubi Qafqazda bütün problemlər yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.

YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Azərbaycanın daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir. Dövlətimizin başçısının Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi də bu kimi məqamlara aydınlıq gətirir. Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir.

Vüqar Rəhimzadə diqqəti bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın neokolonializm siyasətinə də yönəldib. Qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Forumda vurğuladığı kimi, bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olub və həmin ölkələrin səsi dinlənilməlidir, onlar yaddan çıxarıla bilməz. Yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. Biz belə bir məsələyə imkan verə bilmərik ki, XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO