Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər müəyyənləşdirilib

Bakı, 3 may, AZƏRTAC

İstehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

AZƏRTAC Tarif Şurasının yaydığı məlumata istinadən xəbər verir ki, bu gün keçirilmiş iclasda Energetika və İqtisadiyyat Nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali istehlakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4 faiz təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76 faiz azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır. Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri isə aşağıdakı kimi müəyyən edilib:

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib.

Qeyd edək ki, illik qoşulmaların 99 faizi məişət qaz qurğularını təşkil edir ki, onun da 96 faizi əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb. Lakin ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcək.

Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək.

Qərarlar 3 iyun tarixindən qüvvəyə minəcək.

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH

Hyustonda fırtına nəticəsində ölənlərin sayı yeddiyə çatıb

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Cəbrayılın Karxulu kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Azərbaycan nümayəndə heyətinin Mərakeş Krallığına səfəri davam edir

Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı