Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Moskva Dövlət Universitetinin Bakı filialı magistraturaya qəbul elan edir

Bakı, 6 may, AZƏRTAC

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı (bundan sonra Filial) 2024/2025-ci tədris ili üçün magistraturaya (rus bölməsi, əyani təhsil forması) aşağıdakı istiqamətlər üzrə qəbul elan edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.

 

 

 

 

Hazırlıq istiqamətləri və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakültəsi

060201 Filologiya

15

11

4

Təhsil proqramı “Dilşünaslıq” (rus dili)

4

3

1

Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus ədəbiyyatı)

3

2

1

Təhsil proqramı “Dilşünaslıq” (fransız dili)

4

3

1

Təhsil proqramı “Dilşünaslıq” (ispan dili)

4

3

1

Tətbiqi riyaziyyat fakültəsi

060509 Kompüter elmləri (təhsil proqramı “Riyazi modelləşdirmə”)

6

5

1

Kimya fakültəsi

060504 Kimya

9

6

3

Təhsil proqramı  “Üzvi kimya”

3

2

1

Təhsil proqramı “Fiziki kimya”

3

2

1

Təhsil proqramı “Neft kimyası”

3

2

1

Psixologiya fakültəsi

060209 Psixologiya

14

12

2

Təhsil proqramı “İnkişaf psixologiyası”

7

6

1

Təhsil proqramı “Sosial psixologiya”

7

6

1

İqtisadiyyat fakültəsi

060407 Menecment  (təhsil proqramı “Beynəlxalq biznes”)

12

10

2

Fizika fakültəsi

060503 Fizika

8

6

2

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

4

3

1

Təhsil proqramı “Nanohissəciklər fizikası”

4

3

1

Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialın magistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında 40 və daha artıq bal toplamalıdırlar.

Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul imtahalarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul imtahanlarında DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün magistraturada illik təhsil haqqı 2500 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik 1800 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanmış ballar qəbul sınaqlarında qazanılan ballarla toplanılmır, bunlar yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumi müsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının fakültələrindən birinə qəbul oluna bilərlər.

“Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrə magistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsil proqramı üzrə iştirak edə bilər.

Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasında göstərməlidir (əsas prioritet ixtisasi əvvəldə göstərilməlidir). Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsas prioritet təhsil proqramına müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarına olan müsabiqədən çıxır. Əsas prioritet təhsil proqramına olan müsabiqədən keçməyən şəxs göstərdiyi prioritet siyahısına əsasən digər təhsil proqramına olan ümumi müsabiqədə iştirakına davam edir.

“Filologiya” istiqaməti üzrə magistraturaya qəbul olmaq istəyən şəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaq haqqında ərizə verə bilər.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura pilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu mayın 6-dan iyunun 7-dək elektron qaydada keçiriləcək (qeydiyyat 16:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.

Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİ seriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqında sənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması haqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.

İmtahanın keçirilmə formatı – əyani. İmtahan Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcək. İmtahana gələn şəxs özü ilə aşağıdakı sənədləri gətirməlidir:

1. Şəxsiyyəti təsdiq edən sənəd;

2. Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

Cari tədris ilinin məzunları (əgər imtahan verən şəxs MDU-nun Bakı filialının məzunu deyilsə) imtahana qədər [email protected] ünvanına universiteti (institutu) müvəffəqiyyətlə bitirmələri haqqında tədris hissəsindən alınmış arayış göndərməlidirlər.

Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulu tarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakı filialının saytında yerləşdirilir.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcək:

Fakültə, hazırlıq istiqaməti, təhsil proqramı

Qəbul imtahanı

Tarix

060201

Filologiya fakültəsi

Təhsil proqramı  “Dilşünaslıq”

 (rus dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Ədəbiyyatşünaslıq”

(rus ədəbiyyatı)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı  “Dilşünaslıq”

(fransız dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı  “Dilşünaslıq”

(ispan dili)

Filologiya (yazılı)

11 iyun (10:00)

Tətbiqi riyaziyyat fakültəsi

060509

Təhsil proqramı “Riyazi modelləşdirmə”

Riyaziyyat (yazılı)

11 iyun (10:00)

Kimya fakültəsi

060504

Təhsil proqramı “Üzvi kimya”

Kimya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Fiziki kimya”

Kimya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Neft kimyası”

Kimya (yazılı)

11 iyun (10:00)

060209

Psixologiya fakültəsi

Təhsil proqramı “İnkişaf psixologiyası”

Psixologiya (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Sosial psixologiya”

Psixologiya (yazılı)

11 iyun (10:00)

İqtisadiyyat fakültəsi

060407

Təhsil proqramı “Beynəlxalq biznes”

Menecment  (yazılı)

11 iyun (10:00)

İngilis dili (yazılı)

11 iyun (13:00)

Fizika fakültəsi

060503

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

Fizika (yazılı)

11 iyun (10:00)

Təhsil proqramı “Nanohissəciklər fizikası”

Fizika (yazılı)

11 iyun (10:00)

Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adına verilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdə həyata keçirilir. Magistratura proqramları üzrə təhsil üçün qəbul haqqında şəxsi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

• Şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;

• Ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;

• 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);

• Sağlamlıq haqqında arayış (forma 086) ;

• Hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün)

Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş edilir:

1. Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər.

2. Qəbul zamanı bakalavrın şəxsi işi üçün əlavə arayışlar tələb oluna bilər.

3. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları və metodlarından geniş istifadə edilir.

4. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır.

5. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu verilir.

6. “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteri daşıyır. Bir sıra fənlər Bakıda və Moskvada tədris olunur.

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir YENİLƏNƏCƏK

Azərbaycan ilə İranın dövlət sərhədində Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin görüşü olub YENİLƏNİB

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Latviya parlamentinin sədri Füzuliyə gəlib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib