Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Onları birləşdirən dəyər - sənət eşqi, öyrənmək həvəsi və inklüzivlik REPORTAJ

Bakı, 5 aprel, Aytac Haqverdiyeva, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sosial cəhətdən həssas qrupların yaradıcılıq potensialının aşkara çıxarılması, istedad və bacarıqlarının inkişaf etdirilməsi və onların sosial inteqrasiyasında mühüm rol oynayır. Mərkəzin fəaliyyəti dövründə burada həssas kateqoriyadan olan 480-ə yaxın şəxsə xidmət göstərilib və onlardan 330 nəfərdən çoxu əlilliyi olan şəxslərdir.

Hazırda mərkəzdə 180-dən çox benefisiar təlim keçir. Onlar təlimçilərin rəhbərliyi altında müxtəlif sahələr üzrə sənətin incəliklərini öyrənir, öz əlləri ilə yaratdıqları nümunələri, yaradıcılıq işlərini sərgi və yarmarkalarda nümayiş etdirirlər. Həssas əhali qrupuna daxil olan gənc istedadların əl işləri, bacarıqları beynəlxalq sərgilərdə nümayiş olunur. Bu yaxınlarda onların əl işləri Cənubi Koreyada keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.

AZƏRTAC-ın əməkdaşları mərkəzdə olarkən benefisiarlarla görüşüb söhbət edib, onların əl işləri ilə tanış olublar.

İlk müsahibimiz Zaqatala rayonundan mərkəzə gələn Nurlan Xəlilli oldu. Nurlan mərkəz haqqında məlumat öyrənəndən sonra 8 ay benefisiarlar sırasına daxil olmaq, təlimlərdə iştirak etmək arzusu ilə yaşayıb. Onun ata-babası rayonda pinəçiliklə məşğul olduğundan Nurlan da ailə ənənəsini davam etdirmək istəyib: “Atamdan həmin sənətin bütün incəliklərini öyrənməyə çalışır, ayaqqabı tikilməsi və təmiri ilə məşğul olurdum. Get-gedə ata-baba sənətinə qəlbən bağlanır və zəhmətimin müqabilində müəyyən qazanc əldə edirdim”.

İndi mərkəzdə toxuma təlimlərində iştirak edən Nurlan bu iki sənət arasında yaxınlıq olduğunu və böyük diqqət tələb etdiyini söyləyir. Görünür, onu toxumanın incəliklərini öyrənməyə sövq edən də iki sənət arasındakı oxşarlıq olub: “Toxuma sənəti çox maraqlıdır və ilk gündən qəlbən ona bağlandım. İlmələri, milçələri əlimə götürərkən rahatlıq tapır və mənən dincəlirəm. İş başında olarkən ətraf aləmlə olan əlaqəmi unudur, öz dünyamda oluram”.

Nurlan mərkəzə gəldiyi gündən həyatının tamamilə dəyişdiyini, onun üçün yeni bir dünyanın açıldığını deyir. Təlim zamanı ona verilən ilk tapşırıq parça üzərində əsgər çəkməsi toxumaq olub. O, bu tapşırığın öhdəsindən çox uğurla gəlib: “İlk işimin uğurlu alınması və təlim rəhbərinin yüksək dəyər verərək bəyənməsi məni çox ruhlandırdı. Açığı, burada hər şey ürəyimcədir və özümü doğma evimizdəki kimi hiss edirəm”.

Tovuz rayonundan olan Səbinə Abbasova isə 9 illik təhsilini bitirəndən sonra DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edib. Onun uşaqlıqdan rəssamlığa böyük həvəsi olub: “Demək olar ki, 5 yaşımdan rəsmlər çəkirəm. Atamın da gözəl rəssamlıq qabiliyyəti var. Lap erkən vaxtlarımdan atamın çəkdiyi rəsmlərə diqqətlə baxar və rəsm çəkməyin texnikasını ondan öyrənməyə çalışırdım. Yağlı və akril boyalar vasitəsilə rəsm çəkməyi isə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində öyrənmişəm”.

Gənc benefisiar daha çox təbiət mövzusunda və cizgi filmi qəhrəmanlarını çəkməyi sevir. Səbinə filmdəki obrazları kətan parça üzərində çox asanlıqla işləyə bilir. Mərkəzdə təlim aldığı o qədər də uzun müddət olmasa da, təəssüratı çox yüksəkdir: “Əvvəllər ünsiyyət qurmaqda çətinlik çəkirdim, daha çox özümə qapanırdım. Ancaq burada bizə ana qayğısı, valideyn münasibəti göstərir, böyük qayğı ilə yanaşırlar. Arzum ölkəmizi beynəlxalq platformalarda təmsil etmək, çəkdiyim rəsmlərdən ibarət sərgi açmaqdır”.

Hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin daxili ekspozisiyasında Səbinənin əsərləri nümayiş olunur.

Digər benefisiar 29 yaşlı Orxan İmanov mərkəzə gəlməzdən əvvəl bədii oyma sənətinə böyük maraq göstərdiyini, eyni zamanda, keramika və dulusçuluqla da məşğul olduğunu bildirir. O, bizimlə söhbət zamanı bədii oyma sənətinə olan sevgisi barədə danışdı: “Hansı sahədə uğur qazanmaq ilk baxışda çətin görünə bilər. Lakin özünə olan inam çox mühüm şərtdir. Bədii oyma sənəti ilə məşğul olmaq sanki mənim potensial və qabiliyyətimi üzə çıxardı. Elə bilirəm ki, bu sənət üçün dünyaya gəlmişəm”.

Orxan bədii oyma sənəti ilə özünün düzəltdiyi əl işlərini-qədim Bakını əks etdirən nümunələrini bizə göstərdi və arzularını bölüşdü: “Daha çox insan fiqurları üzərində işləməyi sevirəm. Gələcəkdə əl işlərimin beynəlxalq sərgilərdə nümayiş olunması da çox istəyirəm”.

Sevil Məmmədli isə rəsm və foto həvəskarıdır, mərkəzdə keçirilən bir sıra təlimlərin iştirakçısı olduğunu dedi: “Ən çox sevdiyim an üzərində işlədiyim əsər üzərində işi bitirib yeni əsərin eskizlərini hazırlamağa başlamaqdır. Öz yaradıcılıq məhsuluna baxmaq, ondan zövq almaq çox gözəl bir hissdir. Müxtəlif rənglərin istifadə olunduğu mövzularda rəsm çəkməyi çox sevirəm. Xüsusilə al-əlvan rənglərin istifadə olunduğu təbiət rəsmləri üzərində işləmək çox xoşuma gəlir”.

Fotoqrafiya sahəsində öyrəndiklərindən danışan Sevil bu sahədə ilk dərslərin ona çətin gəldiyini xatırladı, lakin sonralar yavaş-yavaş foto sənətinin sirlərinə yiyələndiyini dedi. O, öz çəkdiyi şəkilləri də bizə göstərdi.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi artıq üçüncü ildir ki, müxtəlif sənətlərə yiyələnmək istəyən həssas kateqoriyaya məxsus olan gənclərə öz qapılarını açıb. Onlar hər gün burada təlimçilərdən seçdikləri sahə ilə bağlı yeni məlumatlar alır, sənətin sirlərinə yiyələnirlər. Öyrənmək, öyrətmək və yaratmaq çox savab və gərəkli işdir. Ona görə də sənət arzulu gənclərin böyük həvəslə üz tutduğu bu məkandan xoş hisslərlə ayrılırıq...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb

Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Avropa çempionu olan Azərbaycan güləş yığması Vətənə qayıdıb

“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açır VİDEO

Keçən il Naxçıvanın büdcəsində gəlirlər üzrə proqnoza 121,1 faiz əməl olunub

Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirən qarşılıqlı maraqlar ŞƏRH