Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Bakı, 4 may, AZƏRTAC

Xalq Bankın “Xalq Əmanəti” layihəsinin 24-cü nəşri azərbaycanlı rəssam Cahid Camala həsr olunub.

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış bədii albom Cahid Camalın həyat və yaradıcılığına, onun irsinə işıq salır.

AZƏRTAC xəbər verir ki, mayın 3-də Bakıda görkəmli rəssamların, ziyalıların və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilib. Gecədə çıxış edənlər kitabın zəngin mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınması istiqamətində xüsusi rol oynaycağını qeyd edib, bütövlükdə “Xalq Əmanəti” layihəsinin milli irsin qorunması sahəsində əhəmiyyətindən danışıblar.

Cahid Camal 1928-ci il noyabrın 15-də Qarabağ torpağında, Ağdam rayonunun Gülablı kəndində anadan olub. Ailələrinin Şuşada da evi var idi. Pasport alarkən valideynlərinin razılığı ilə Cahid özünə babasının adını – Camal soyadını götürür.

Belə bir məlumat da var ki, ata tərəfdən Cahidin şəcərəsi Sarıcalı xanlarının xətti ilə Qarabağ xanlığının əsasını qoyan Pənahəli xana qədər uzanır.

Cahid Camalın bədii üslubu və yaradıcılığının formalaşmasında coğrafiyanın müstəsna rolu var. O, Azərbaycanın yalnız şəhər mədəniyyətini deyil, kənd mühitini də göstərməyi bacarıb. Azərbaycanın dili, tarixi, əfsanə və rəvayətləri, təbiəti, musiqisi, memarlığı, xalq tətbiqi sənəti, xalı və tikmələri rəssamın ilham mənbəyinə çevrilib, əsərlərinin süjet və rəng həlli, parlaq boyalara və ornamentlərə sevgisində əks olunub.

Cahid Camal Rusiyanın Əməkdar rəssamı, Moskva Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Monqolustan Rəssamlar İttifaqı və Beynəlxalq Təsviri Sənət Fondunun üzvü olub. Rəssamın əsərləri Azərbaycan İncəsənət Muzeyində (Bakı), Q.Zanabazar adına Təsviri İncəsənət Muzeyində, Monqol Milli-Tarixi Muzeyində (Ulan-Bator), Dövlət Rus Muzeyində (Sankt-Peterburq), Dövlət Şərq Muzeyində (Moskva), qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Sərgiləri hələ sağlığında Bakı, Moskva, Dubna, Minsk, Almatı, Kişineu, Ulan-Bator və Gəncədə təşkil edilib.

Titullarından da göründüyü kimi, rəssamın yaradıcılığı zəngin mədəniyyətə malik üç ölkə – Azərbaycan, Rusiya və Monqolustan ilə eyni dərəcədə bağlıdır. Onun adı bu ölkələrin XX əsrin ikinci yarısı və XXI əsrin birinci onilliyinin təsviri sənət tarixinə yazılıb.

Bu vaxtadək Cahid Camalın rənglərin təbiətinin araşdırılmasına həsr edilmiş “Rəngin anatomiyası” və “Geyimdə rəng” əsərləri nəşr olunub.

Cahid Camal şəkil çəkməyə çox erkən yaşlarından həvəs göstərib, marağı və istəyi getdikcə daha da güclənib. Buna baxmayaraq, onun rəssam olmaq arzusu valideynləri üçün gözlənilməz olub. Lakin onun anası Gülcahan xanım oğlunun yaradıcı istedadına, qabiliyyətinə inanır, hətta onun uşaq ikən çəkdiyi rəsmləri toplayırmış.

1945-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirən Cahid bir il sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik Bədii İnstitutuna daxil olur, təhsilini “dekorçu-rəssam” ixtisası üzrə dekorativ tətbiqi rəssamlıq sənəti bölməsində davam etdirir. Ali təhsilini başa çatdırandan sonra Camal Bolşoy Teatra stajçı-rəssam kimi işə götürülür və orada iki il ərzində (1952-1954) peşəkar təcrübə toplayır. Staj müddətini bitirən həmyerlimiz Mayakovskinin adını daşıyan teatrda dekorçu-rəssam kimi işə düzəlir.

1952-ci ildə rəssam Üzeyir Hacıbəylinin Azərbaycan Opera və Balet Teatrında səhnəyə qoyulacaq “Koroğlu” operası üçün dekorasiya eskizləri də çəkir. 1958-1961-ci illərdə isə Moskva yaxınlığındakı Elektrostal şəhərinin Xalq Opera Teatrında “Yevgeni Onegin”, “İolanta” tamaşaları üzərində çalışır.

1956-cı ildə Cahid Camal Moskvadakı VDNX-də (XTNS) Azərbaycan pavilyonunun baş rəssamı olaraq tədbirlərə qatılıb.

Cahid Camal kitab qrafikası sahəsində də özünü əla illüstrator-rəssam kimi göstərməyə nail olub. O, Bakıdakı “Azərnəşr” və bir neçə Moskva nəşriyyatı (“Raduqa”, “Proqress” və s.) üçün kitablara tərtibat verir. “Koroğlu” xalq dastanı (1956), “Molla Nəsrəddinin lətifələri” (1959), C.İkraminin “Od qızı” (1965), X.Qoytisolonun “Elə həmin sözlər” (1967), Namdağın “Həyəcanlı illər” (1969) kitablarının bədii tərtibatı məhz ona məxsusdur. Özünü plakatçı-rəssam kimi də sınayan gənc sənətkar bir neçə il “Soyuzmultfilm”də multiplikasiyaçı-rəssam kimi də çalışıb.

Cahid Camal yaradıcılığının böyük və ən parlaq hissəsi Monqolustanla bağlıdır və o, bu ölkəyə həsr olunmuş 850 əsər işləyib. Xalqın mədəni irsinin dərinliyini anlamağa can atan rəssam “Monqolların gizli rəvayətləri”ni həvəslə oxuyur, tarixi mənbələri araşdırırdı. Cahid Camal Monqolustanın dağlarına, səhralarına səyahət edir, kəndlərə, ucqar qoyun yataqlarına baş çəkirdi.

“Monqol süitası” silsiləsində rəssam XX əsr Monqolustanının fərqliliyindən söz açır, həm qədim, ənənəvi, köçəri həyatı, həm də yeni, çoxmərtəbəli binaların inşa olunduğu şəhərləri təsvir edir, maldar-aratların monqol çöllərindəki atlarını, dəvələrini müasir texnikaya, sürətli maşınlara dəyişməsindən bəhs edir.

Cahid Camalın Monqolustanla tanışlığı 1962-ci ilə təsadüf edir – bu, rəssamın bioqrafiyasında gələcək tədqiqatları üçün bir başlanğıc nöqtəsi idi. Sonralar onun daha bir silsiləsi yarandı – “Monqolustan. Qobi” (1970).

Monqolustana aid əsərlərə Moskvada çox maraq göstərirdilər, onlar vaxtaşırı “Komsomolskaya pravda” və “İzvestiya” qəzetlərində, “Oqonyok”, “Moskva”, “İnostrannaya literatura” və başqa jurnallarda dərc olunurdu.

Cahid Camal 2011-ci il iyunun 17-də Moskvada vəfat edib.

“Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən həyata keçirilir. Layihə Azərbaycan xalqının mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərinin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələri, uşaq evləri və kitabxanalar, müxtəlif fondlar, dövlət müəssisələri, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltaraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilib və bədii albomlar nəşr olunub. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin və Hökumə Billurinin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşə çıxır

“Türk mənşəli arxaizmlər lüğəti” Azərbaycan dili tarixinin öyrənilməsi üçün zəngin material mənbəyidir

Kaliforniya ABŞ-da işsizlik nisbətində liderliyini davam etdirir

Agentlik sədri: Poqramlaşdırma müsabiqələrinin rolu ölkənin rəqəmsallaşmasında vacibdir

Merilənd Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

FHN: Ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 8 nəfər xilas edilib

DİM rəhbəri: 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazanıblar

Fransanın Cənubi Qafqaz siyasəti bumeranq effekti verdi ŞƏRH

Füzuli rayonuna köçürülən ailələr tibbi müayinələrdən keçirilib

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizindən danışıb

Milli motivlər əsasında hazırlanmış zinət əşyaları ABŞ-da təqdim olunub

Məleykə Abbaszadə: Abituriyentlər yalnız öz güclərinə güvənsinlər

Azərbaycan Basketbol Liqası: Bu gün üçüncü yerin sahibi bəlli ola bilər

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir

Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb

Şəkidə Ulu Öndərə həsr olunan futzal turnirinin qalibləri mükafatlandırılıb

DİN: Ötən gün 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib

“Azeri Light” markalı neft bahalaşıb

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Qazaxda vətəndaşları qəbul edəcək

Akademik Mirməmməd Cavadzadənin 97-ci illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilir

Şəki Xan sarayı bərpa olunacaq

Məktəblilərimiz ABŞ-da keçirilən ISEF yarışmasında ilk dəfə medal qazanıblar

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Slovakiyaya qarşı

Fövqəladə Hallar Nazirliyi Abşeron rayonunda qanunsuz tikintilərin qarşısını alıb

Yaponiya parlamenti boşanmış valideynlərə birgə qəyyumluq icazəsi verən qanun qəbul edib

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlanıb

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Dünya birjalarında neft bahalaşıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 67 cinayətin üstü açılıb

“Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı başlanıb

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb

Beynəlxalq Riyaziyyat Müsabiqəsində Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 7 məktəbli medal əldə edib

IV sinif şagirdləri üçün monitorinq keçirilir

Oğuzda quldurluq edən şəxs saxlanılıb

Akademik Milli Dram Teatrında “Əsrə bərabər gün" tamaşası səhnələşdirilib

Bakıda qəzaya görə mərkəz istiqamətində sıxlıq yaranıb

“Heydər Əliyev kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finala yüksəlib

Yeni Kaledoniyada vəziyyət ağırlaşıb

18 May - Beynəlxalq Muzeylər Günüdür

“Yaşıl dünya naminə həmrəylik” Çində təbliğ edilib

“Bir muzeyin sirri”: tarixi-mədəni yaddaşa düşən işıq

Vəkil: Fransa Yeni Kaledoniyada əlcəzairsayağı sülh istəyir

Şamaxı Rəsədxanasında növbəti ustad dərsi keçirilib

Vatikan Məryəmin heykəli və qan damcıları olan xaçlardan ehtiyatlı olmağı tövsiyə edib

İtaliyalı diktator Mussolini üçün tikilən sığınacaq ziyarətçilərə açılıb

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub VİDEO

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub