Martın 30-da axşam saat 22:00-dan səhər saatlarınadək Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yolun üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən ...

Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır

30.03.2017 [15:34]
Heydər Əliyev prospektində hərəkət qismən məhdudlaşdırılır. “Azəravtoyol” ASC mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir ...

Badamdar şosesinin yenidən qurulmasına başlanılıb

30.03.2017 [12:43]
Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şosesinin müasir layihə əsasında yenidən qurulmasına başlanılıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə küçə ərafında yerləşən obyekt və ...

Paytaxtın İsmayıl Hidayətzadə küçəsi təmir edilərək istifadəyə verilib  VİDEO

29.03.2017 [14:48]
Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Nərimanov rayonu ərazisindəki İsmayıl Hidayətzadə küçəsi təmir olunub ...

Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır

29.03.2017 [14:21]
Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci kilometrində, Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir. Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib ...

Ağ Şəhərin layihələndirilməsi təcrübəsi Memarlıq və İnşaat Universitetində mühazirələrdə istifadə ediləcək

29.03.2017 [12:14]
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Bakı Ağ Şəhərdə istehsalat təcrübəsi keçiblər. AZƏRTAC “Bakı Ağ Şəhər” layihəsinə istinadən bildirir ki, universitetlə razılaşma əsasında həyata keçirilən təcrübə proqramı çərçivəsində tələbələr ...

Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq

28.03.2017 [14:22]
Sosial mənzillərin tikintisi regionlarda da aparılacaq. Mənzil İnşaatı Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli Fərmanına əsasən güzəştli mənzillərin satış qaydaları müəyyən ...

Yusif Səfərov küçəsinin bir hissəsinin yenidən qurulması başa çatıb

27.03.2017 [15:45]
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra istifadəyə verilib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən ...

Müəssisə və təşkilatlar iki ayda əsas kapitala 1,6 milyard manatdan çox vəsait yönəldib

26.03.2017 [13:36]
Bu ilin yanvar-fevral aylarında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin məbləği ümumi sərmayənin 32,9 faizinə bərabər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri ...

Əsas kapitalın 89,2 faizi məhsul istehsalı obyektlərinin inşasına sərf olunub

25.03.2017 [07:35]
2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 93,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çox vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ...

Tikinti materiallarının istehsalı 71,2 faiz artıb

25.03.2017 [03:16]
2017-ci ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 71,2 faiz artaraq 54,7 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sementin istehsalı 14,7 faiz ...

İki ay ərzində sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib

24.03.2017 [11:58]
Bu ilin yanvar-fevral aylarında sənaye sahəsində 6,5 milyard manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənaye məhsulunun 22,5 faizi emal sektorunda, 5,0 faizi elektrik ...

Yanvar –fevralda inşaat sektorunda çalışanların sayı 5,4 faiz artıb

23.03.2017 [19:52]
2017-ci ilin yanvar–fevralında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 90,7 min nəfər olub. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,2 faiz artaraq ...

Xarici müəssisələr Azərbaycanda əsas kapitala 1,5 milyard manata yaxın vəsait yönəldiblər

23.03.2017 [08:13]
Bu il yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 1 milyard 405,7 milyon manat vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala ...

Əsas kapitala qoyulmuş vəsaitin 14,2 faizi tikintiyə yönəldilib

21.03.2017 [23:52]
2017-ci ilin yanvar-fevral aylarında əsas kapitala qoyulmuş ümumi vəsaitin 76,7 faizi sənayeyə, 14,2 faizi tikintiyə, 2,7 faizi informasiya və rabitəyə, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəldilib ...

Paytaxtın Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır

17.03.2017 [18:00]
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma mart ayının 18-dən 19-na keçən gecədən etibarən bir neçə günlük tətbiq edilməyə başlanılacaq ...

Yasamal rayonu ərazisində Balababa Məcidov və Abdulla Şaiq küçələrinə asfalt-beton örtük döşənir

17.03.2017 [15:18]
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması layihələri çərçivəsində Balababa Məcidov və Abdulla Şaiq küçəsinin bir hissəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ...

Birinci mikrorayonda yeni çoxmərtəbəli binalara toxunulmayacaq

15.03.2017 [16:01]
Bakı şəhərinin 1-ci mikrorayon ərazisində tikinti işləri aparılacaq ərazi 29 hektardan ibarətdir. AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov mətbuat konfransında deyib ...

“Xruşşovka” binaların əvəzinə yeni binaların tikilməsi üçün dövlət tərəfindən şirkətlərə güzəştlər ediləcək

15.03.2017 [15:34]
“Xruşşovka” binaların əvəzinə yeni binaların tikilməsi üçün dövlət tərəfindən şirkətlərə güzəştlər ediləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri martın 15-də Bakıda Birinci Beynəlxalq Su həftəsi çərçivəsində keçirilən “Su ehtiyatları ...