Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Belqraddan Qərbi Avropaya “Azərbaycan yolu” ilə

“AzVirt”  şirkəti Serbiyadan Qərbi Avropaya yol çəkib.

Şirkət tezliklə Belqradın ətrafında dolama yol tikintisinə başlayacaq

Belqrad, 10 noyabr, AZƏRTAC

Azərbaycan Balkanlarda öz adını yenidən əbədiləşdirib. 70 ildən çox bundan əvvəl, İkinci Dünya müharibəsi zamanı azərbaycanlı Mehdi Hüseynzadə Yuqoslaviya partizanları ilə birlikdə faşizmə qarşı mübarizədə hərbi şücaətlər göstərmişdi. Bu dəfə isə “AzVirt” tikinti şirkəti Belqraddan Cənubi Adriatik avtomagistralına qədər yol hissəsini inşa etməklə Azərbaycan biznesinin hünərini göstərib. İndi Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa edilmiş “Azərbaycan yolu” ilə gedəcəklər.

Şirkətin baş direktoru Kamil Əliyev deyir: “Azərbaycan iqtisadiyyatının tərkib hissəsi olan “AzVirt” beynəlxalq tikinti bazarına da öz töhfəsini verməyə çalışır. Biz uzunluğu 40,3 kilometr olan 4 zolaqlı ikitərəfli yolu 3 il ərzində inşa etmişik. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikmişik. 22 kilometr məsafədə çayın deltası dəyişdirilib. Biz səmimi beynəlxalq kollektiv şəklində çalışırdıq. Bu, ərazinin relyefi və hava şəraiti ilə bağlı çətinliklərin öhdəsindən gəlməkdə bizə kömək edirdi. İşin gedişində ilkin plana müəyyən dəyişikliklər edilib. Layihənin reallaşdırılmasında təxminən 1800 adam iştirak edib”.

Şirkətin rəhbəri ölkəmizdə biznesin inkişafı və genişlənməsi, xarici bazarlara çıxış üçün yaradılmış şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. K.Əliyev bu layihənin həyata keçirilməsini dəstəkləmiş Serbiya hökumətinə də minnətdarlığını bildirib.

Yolun bu sahəsinin açılışı münasibətilə “AzVirt” tərəfindən çəkilmiş yol qovşaqlarının birində - yol tikintisinin həmin şirkət tərəfindən işlənib hazırlanmış texnologiya üzrə həyata keçirilməsi üçün zəruri materialların istehsal edildiyi zavodun və şirkətin ofisinin yaxınlığında təntənəli mərasim keçirilib. Tədbirin başlanmasından xeyli əvvəl dəstə-dəstə insanlar təntənəli mərasimin keçiriləcəyi yerə toplaşırdı. “AzVirt” tərəfindən tikilmiş körpü Serbiya və Azərbaycanın dövlət bayraqları rəngində şarlarla bəzədilmişdi. İnsanlar əllərində hər iki ölkənin bayraqlarını tutmuşdu. Bu ümumi sevinci görəndə qürur hissi keçirir, inanırsan ki, Azərbaycan Prezidentinin ölkədə sahibkarlığın inkişafına göstərdiyi qayğı artıq konkret nəticələr verir. Azərbaycan xaricdən investisiya alan ölkədən özü xaricdə sərmayə qoyan ölkəyə çevrilib. Onilliklər üçün nəzərdə tutulan yollar inşa edən Avropanın Azərbaycan şirkətinə göstərdiyi etimad Azərbaycan biznesinin inkişafına, ölkəmizin populyarlığına, onun gələcəyinə inama əyani sübutdur. Serbiyanın tikinti, infrastruktur və nəqliyyat nazirinin müavini Saşa Stoyanoviç Azərbaycan jurnalistlərinə müsahibəsində deyib: “Yolun planlaşdırılan hissəsinin inşasının tamamlanması Azərbaycan şirkəti ilə əməkdaşlığın sonu olmayacaq. “AzVirt” daha böyük bir layihədə - Belqrad ətrafında dolama yolun tikintisinin tamamlanmasında da iştirak edəcək”. Onun sözlərinə görə, “AzVirt” tərəfindən bu layihədə görülmüş iş regionda sonrakı işlər üçün çox gözəl tövsiyə olub.

Yolun açılış mərasimi əsil xalq bayramına çevrildi. İnsanların üzündən sevinc, şənlik yağırdı. Ölkənin Baş naziri Aleksandr Vuçiç, həmçinin onun müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mixayloviç bu ümumxalq şənliyinə şərik olmaq üçün oraya gəlmişdi.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin məxsusi olaraq yolun açılış mərasiminə gəlməsi, habelə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənovun mərasimdə iştirak etməsi Azərbaycanın bu layihənin reallaşmasına verdiyi əhəmiyyətə və Azərbaycan biznesinin dəstəklənməsinə dəlalət edir.

Serbiya KİV-lərində verilən məlumata görə, yeni tikilmiş yol boyunca yerləşən yaşayış məntəqələrinin beş mindən çox sakini bu ümumxalq bayramına toplaşmışdı.

Açılış mərasiminin başlanmasından əvvəl Serbiyanın baş naziri Aleksandr Vuçiç və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Serbiya arasında dostluğun rəmzi olan pannonu açdılar. Panno üzərində Azərbaycan və serb dillərində bu sözlər yazılıb: “Dostluq olan yerdə uzaq ölkələr yoxdur! Bu yol xalqlarımızı birləşdirən yoldur! Serbiya-Azərbaycan dostluğu sarsılmazdır!”

Aleksandr Vuçiç çoxtonluq maşının sükanı arxasında əyləşərək “AzVirt” tərəfindən tikilmiş tunellərin biri boyunca sürdü.

Natiqlərin çıxışları arasında “Rayats” folklor ansamblının milli geyimli üzvləri xalq və mahnı və rəqslərini ifa edirdilər.

Liq şəhər bələdiyyəsinin başçısı Droqan Lazareviç, Çaça şəhərinin meri Milun Todoroviç, Milanovats şəhərinin meri Deyan Kovaçeviç, Magistral Yollar İdarəsinin direktoru Dmiter Curoviç yolun açılış mərasimində çıxış edərək tədbir iştirakçılarını çoxdan gözlənilən bu hadisə münasibətilə təbrik etdilər. Onlar Serbiyanı Xorvatiya, Macarıstan, Monteneqro, Bosniya və Herseqovina, Albaniya kimi Avropa ölkələri ilə birləşdirməyə imkan verəcək müasir yol infrastrukturu yaradılması ilə Serbiyanın bu regionunda gözlənilən dəyişikliklər barədə məlumat verdilər. Çıxış edənlər ölkə hökumətinə və layihənin icraçısına - Azərbaycanın “AzVirt” tikinti şirkətinə təşəkkür etdilər.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev tədbir iştirakçılarını bu avtomagistralın açılışı münasibətilə təbrik edərək dedi ki, bu layihə bizim əməkdaşlığımızın ən gözəl nümunələrindən biridir. Nazir dedi: “Ən yüksək standartlara cavab verən avtomagistralın tikintisi Azərbaycanın aparıcı şirkətlərindən biri - “AzVirt” MMC tərəfindən həyata keçirilib. Əminəm ki, əməkdaşlığımız gələcəkdə də bu formatda inkişaf edəcək, yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”. Şahin Mustafayev əminliyini bildirdi ki, bu yol Serbiya iqtisadiyyatının, xüsusən onun nəqliyyat infrastrukturun inkişafına xidmət edəcək.

Baş nazirin müavini, tikinti, infrastruktur və nəqliyyat naziri Zorana Mixayloviç “AzVirt” şirkətinə təşəkkürünü bildirərək dedi ki, yol yüksək peşəkar səviyyədə və keyfiyyətlə inşa edilib.

Serbiyanın Baş naziri Aleksandr Vuçiç Serbiya-Azərbaycan münasibətlərinin vəziyyətini yüksək qiymətləndirib, Serbiyanın bu diyarının sakinlərinin çoxdankı arzusunu həyata keçirmiş “AzVirt” şirkətinin bütün əməkdaşlarına təşəkkürünü bildirdi. Baş nazir dedi: “Bu yol ölkəmizin gələcəyinə töhfədir. Bu gün biz nə ediriksə, hamısı uşaqlarımıza qalacaq. Əvvəllər ölkənin bu regionundan insanların çıxıb getməsi müşahidə olunurdusa, indi onlar getməməlidirlər. Bunun üçün səbəb var: axı bu yol diyar iqtisadiyyatının inkişaf yolu, investisiyaların cəlb edilməsi yolu, turizmin inkişafı yoludur”.

Baş nazir Azərbaycan şirkətinin peşəkarlığını yüksək qiymətləndirərək bildirdi ki, azərbaycanlı tərəfdaşlar başqa layihələrdə də iştirak edəcəklər, ölkə hökuməti artıq bu cür layihələri nəzərdə tutub. Avtomobil yolunun açılışına həsr edilmiş iki saatlıq mərasim Serbiyanın bir neçə televiziyası tərəfindən birbaşa efirdə translyasiya edilib. Yolun bu sahəsinin açılışı mövzusu bir neçə gün aktual olub və xəbər kanallarının mövzusu kimi qalmaqda davam edir. Baş nazir Aleksandr Vuçiçin magistral yol sahəsinin açılışı münasibətilə RTS|1 telekanalına verdiyi müsahibə vaxtaşırı translyasiya edilir.

“AzVirt” şirkəti 1995-ci ildə Azərbaycan-Almaniya müştərək müəssisəsi kimi yaradılıb, sonradan MMC kimi fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanla bərabər Serbiya, Rumıniya, Monteneqro, Latviya, Qazaxıstan və başqa ölkələrdə yaxşı tanınır. Serbiyadakı yol 2012-ci ilin fevral ayında Azərbaycan və Serbiya hökumətləri arasında imzalanmış 300 milyon avro məbləğində kredit sazişinin vəsaitləri hesabına inşa edilib. Kontraktın şərtlərinə görə, baş podratçı kimi Azərbaycan şirkəti çıxış etməli idi. Bu imkan “AzVirt” şirkətinə verildi. Heydər Əliyev aeroportunun və onun ərazisindəki aviasiya obyektlərinin, Azərbaycanın bir sıra başqa beynəlxalq aeroportlarının, həm Bakıda, həm də ölkənin regionlarında magistral yolların, Bakıda “Formula-1” Avropa Qran-pri yarışları üçün yürüş yolun də bu şirkət inşa edib.

 

Laçın Sultanova

AZƏRTAC-ın xüsusi müxbiri

Bakı-Belqrad-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərdə rayon sakinini öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanılıb

Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanılıb

BP-də çalışan azərbaycanlı işçilərin sayı artıb

Pekində Ulu Öndərin fikirləri əsasında hazırlanmış “Xalq öz dili ilə yaranır” adlı Azərbaycan dili dərsliyinin təqdimatı olub

ƏƏSMN-in kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb

Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu medal görüşünə çıxacaq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

BƏƏ mediası Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş məqalə dərc edib

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Sabunçu rayonunda aşkarlanan narkoplantasiyada 1500 ədəd çətənə kolu götürülüb VİDEO

Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər

MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib

Ukrayna F-16 qırıcısı üçün ilk uçuş simulyatorunu alıb

Türk dillərinin qrammatikası üzrə əməkdaşlıq haqqında protokol imzalanıb

Azərbaycanda COP29-a töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

Budapeşt və Pekin beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıdır

Maşın təlimi alqoritmlərinin müqayisəli təhlili aparılıb

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində seminar keçirib

Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Akademik İsa Həbibbəyli Türk Dil Qurumunun rəhbəri professor Osman Mert ilə görüşüb

Səfir: Hazırda türk birliyinə gedən yolda əmin addımlarla irəliləyirik

Məzahir Pənahov: Parlament seçkiləri ilə bağlı fəaliyyətimizi artıq həyata keçiririk

İlin ən yaxşı baş məşqçisi, futbolçusu və komandası adına namizədlər açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsi AzMİU-da anılıb

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılan məlumatlara münasibət bildirib

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Ceyhun Bayramov: COP29 əməkdaşlıq üçün yeni platformadır

Nigeriyada naməlum silahlılar tələbələri girov götürüblər

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini böyük ehtiramla anıblar

ETSN-in mətbuat katibi: Sabahdan “Təmiz ölkəm” şüarı ilə maarifləndirici təmizlik aksiyalarına başlanılır

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə xərcləri azalıb

Şotlandiyanın yeni birinci naziri: Beş il ərzində Şotlandiya müstəqil ola bilər

Cənubi Qafqaz Boru Kəmərinə bu il çəkilən xərclərin həcmi açıqlanıb

Bakıda qızıl medal qazanan koreyalı atıcı yeni dünya rekorduna imza atıb

Andrey Kovalenko: Rusiyanın Ukraynanın Xarkov şəhərinə hücumu üçün resursları yetərli deyil

QDİƏT PA Baş Assambleyasının 63-cü plenar iclası Tirana şəhərində keçiriləcək

Səngəçal terminalından ixrac edilən neft və kondensatın hamısı BTC vasitəsilə nəql edilib

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər VİDEO

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübündə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO