Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Çingiz dastanı” kitabının təqdimatı olub

Bakı, 16 mart, Məhərrəm Əlioğlu, AZƏRTAC

Martın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş “Çingiz dastanı” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qısa müddətdə belə bir kitabın hazırlanıb çapdan çıxmasını şəhid qəhrəmanımızın xatirəsinə hörmət və ehtiramın təcəssümü kimi dəyərləndirib. Qeyd edib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.

Ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Azərbaycan əsgəri Qurbanov Çingiz Salman oğlunun nəşi məhz dövlətimizin başçısının sayəsində qarşı tərəfdən alınıb və yüksək əsgəri ehtiramla, dövlət səviyyəsində keçirilən vida mərasimi ilə son mənzilə yola salınıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ailəsi isə paytaxtda yeni mənzillə, rayonda isə ev inşa edilməsi üçün torpaq sahəsi ilə təmin olunub.

“Çingiz dastanı”nda 22 yaşlı qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan ətraflı bəhs edilir. Prezident İlham Əliyevin Çingiz Qurbanovun ailə üzvləri ilə görüşü, qəhrəmanın müəllimlərinin xatirələri və s. kitabda əksini tapıb. “Çingiz dastanı”nın hər bir əsgərin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəlməsində, gənclərin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsində mühüm rolu olacaq.

Kitabın müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani bu kitabın işıq üzü görməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid Milli Qəhrəmanın ailəsi adından, həm də müəllif kimi minnətdarlığını bildirib. Azərbaycan Prezidentinin “Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olmuşdur. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir. Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı, baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. Son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır”, - sözlərini tədbir iştirakçılarına xatırladan A.Qurbani qəhrəmanın ölümü ilə qəhrəmanlığın ölmədiyini, əksinə daim yaşadığını deyib. Çingiz Qurbanov 22 il ömür sürsə də, onun qəhrəmanlığı, xatirəsi əsrlər boyu yaşayacaq, yeni Çingizlər doğulacaq və xalqımız gələcəkdə də öz igid oğulları ilə fəxr edəcək.

Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Məlahət İbrahimqızı müdrik və qətiyyətli Ali Baş Komandanımızın rəhbərliyi ilə ordu quruculuğu prosesinin geniş vüsət almasından, Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordularından biri olmasından və hər şeydən əvvəl Vətən əsgərinin mənəvi, fiziki, iradi keyfiyyətlərinin ən yüksək səviyyəyə çatmasından qürur hissi ilə danışıblar. Onlar bir neçə gün əvvəl cəbhə bölgələrində səfərləri zamanı bunun şahidi olduqlarını qeyd ediblər.

Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycan Ordusunda Mübariz, Fərid, Çingiz kimi oğullarımız minlərlədir. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. “Çingiz dastanı” igid oğullarımızın şərəfinə yazılmış mükəmməl əsər kimi qiymətlidir. Əminik ki, bu kitab hər bir əsgərin, hər bir gəncin stolüstü kitabı olacaq.

Keçmiş birlik komandiri, general-leytenant Yaşar Aydəmirov, polkovnik Şair Ramaldanov bugünkü hərb tariximiz, qəhrəmanlarımız haqqında əsərlərin yazılmasının vacibliyini vurğulayaraq Novruz bayramı ərəfəsində “Çingiz dastanı”nın işıq üzü görməsinin həm şəhidin ailəsi, həm Vətən müdafiəçiləri, həm də qədirbilən xalqımız üçün böyük töhfə olduğunu deyiblər.

Milli Qəhrəmanın məzunu olduğu Azərbaycan Texniki Universitetinin prorektoru, professor İsa Xəlilov, onun dekanı və sevimli müəllimi, dosent Ramiz Hüseynov, tələbə Cabir Abasov şəhid qəhrəman haqqında xatirələrini bölüşüblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati işlər və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov, dekan Mirağa Əhmədov Azərbaycan əsgərinin qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək “Çingiz dastanı”nın təqdimatının universitetdə də keçiriləcəyini bildiriblər.

Ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli Abdulla Qurbaninin yaradıcılığından və bu yeni əsərin aktuallığından bəhs edib. Professor belə əsərlərə gənclərin böyük ehtiyacı olduğunu qeyd edib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, istefada olan daxili xidmət polkovniki Həmid Səfərov və digər çıxış edənlər kitabın ərsəyə gəlməsində xidməti olanlara təşəkkürlərini bildiriblər.

Müəllifin tədbirdə iştirak edən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarına ünvanladığı “Sizin aranızda Çingiz adlı kursant varmı?”, sualına gələcəyin sərkərdələri “hər birimiz Çingizik!”,- deyə cavab veriblər. Bu mənzərə təqdimat mərasiminin iştirakçıları tərəfindən alqışla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

Rasim Abdullayevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib VİDEO

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb