İDMAN


İslamiada: Stolüstü tennisçilərimiz fərdi yarışlarda 1 gümüş və 1 bürünc medala sahib olublar

Bakı, 19 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC

Mayın 19-da İslamiadada qadınlar və kişilər arasında stolüstü tennis üzrə fərdi yarışlara yekun vurulub. Azərbaycanın qadın idmançıları yarışları bir gümüş və bir bürünc medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, qadınların fərdi yarışının finalında Türkiyə təmsilçisi Melek Huya uduzan Azərbaycan idmançısı Zinq Ninq gümüş medalla kifayətlənməli olub. Digər tennisçimiz Miao Vanq isə üçüncü yer uğrunda oyunda iranlı Nedə Şahsavari üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.

Kişilərin fərdi yarışının final görüşündə İran təmsilçiləri Darunk Alamiyan və Deronk Alamiyan qarşılaşıblar. Deronk Alamiyan qalib gələrək qızıl medala sahib olub. Bürünc medal uğrunda görüşdə isə Qətər təmsilçisi Li Pinq Türkiyə tennisçisi Ahmed Liyə qalib gəlib.

Qalib idmançılara medalları Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev və Beynəlxalq Stolüstü Tennis Federasiyasının nümayəndəsi Abdulla Al Mulla təqdim ediblər.

Mayın 20-də kişilər və qadınlar arasında stolüstü tennis üzrə komanda yarışlarına start veriləcək. Stolüstü tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.