CƏMİYYƏT
“PAŞA Həyat”dan ilk addım – Atalara həsr olunan videoçarx
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanda ilk dəfə olaraq "PAŞA Həyat Sığorta" şirkəti tərəfindən əhali arasında fərdi həyat sığortasının tanıdılması istiqamətində unikal videoçarx hazırlanıb.
Şirkətin mətbuat katibi Elnur Hüseynquluyev AZƏRTAC-a bildirib ki, fərdi həyat sığortasına fokuslanmış videoçarxda insanlara, o cümlədən ailələrə həyat sığortasının nə qədər vacib olması mesajı çatdırılır: "İstənilən ailənin özünün gələcək planları var. Hər bir ailə başçısı övladının sağlam mühitdə böyüməsi, yaxşı təhsil alması, ali məktəbə qəbul olması, eləcə də onun xoş günü - toyu üçün müəyyən planları və arzuları olur. Təbii ki, bütün bu arzuların həyata keçirilməsində, ailənin bütün yükü yalnız ailə başçısı - atanın üzərinə düşür. Lakin atanın bir gün olmadığı halda bütün bu arzuların reallaşması puç olur. Ailə mənəvi sıxıntıdan başqa daha çox maddi sıxıntılarla üzləşir. Maddi problemlər artdıqca övladları yaxşı təhsil ala bilmir və ya təhsili yarımçıq qalır, bir sözlə ailənin planları alt-üst olur", - deyə şirkət rəsmisi vurğulayıb.
E.Hüseynquluyev bildirib ki, Azərbaycan ailələrinin 95 faizi ailə başçılarından - atadan asılı olurlar. Yəni, əksər ailələrdə işləyən, ailəyə qazanc gətirən atalardır. Məhz bu baxımdan da belə bir videoçarxın hazırlanmasında əsas məqsədimiz atanın bir gün olmadığı halda belə, ailənin planlarının yarımçıq qalmaması üçün həyat sığortasının nə qədər vacib olduğunu göstərmək və anlatmaqdır. Düşünürəm ki, hər bir ata bu videoçarxı (https://www.youtube.com/watch?v=eTSqbw0GOwU) izləməklə ailəsinin xoşbəxt gələcəyi ilə bağlı mühüm qərar verə bilər. "Ailəmin PAŞA Güvənliyi" adlanan bu məhsulu şirkətin baş ofisinə (012 942 qısa nömrəsi) müraciət etməklə, eləcə də "AGBank"ın bütün filiallarından əldə etmək olar.