İQTİSADİYYAT


Ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminar

Bakı, 19 iyun, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının iştirakı ilə bankların, habelə prosessinq fəaliyyətini həyata keçirən təşkilatların əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mövcud infrastruktur potensialının daha da gücləndirilməsi istiqamətində növbəti seminar keçirilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ödəniş kartları ilə fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə tədbirlərinə həsr olunmuş seminarda "MasterCard Worldwide" beynəlxalq kart təşkilatının Avropa bölgəsində təhlükəsizlik həlləri üzrə direktoru Mark Van Puyvel tərəfindən təşkilatın bu sahədə yeni proqram və xidmətləri, o cümlədən "Safety Net", "Policy Manager", "Fraud Rule Manager", "Decision Intelligence", "Spend Alerts and Controls" və "Acquirer/Merchant Dashboard" haqqında məlumat verilib. Eyni zamanda, bu proqram və xidmətlərin banklara təqdim etdiyi üstünlüklər, fırıldaqçılıq hallarına qarşı əvvəlcədən müvafiq tədbirlərin reallaşdırılması imkanları, habelə tətbiq edilən qiymətləndirmə mexanizmi və digər zəruri məlumatlar açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.