CƏMİYYƏT
ANAMA: Sabunçu rayonunda top mərmisi aşkarlanıb
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 26-da operativ məlumat yayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına əsasən, Sabunçu rayonu, Gülçülük sovxozu adlan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib, 1 ədəd 76 millimetrlik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.
Ümumilikdə, Agentlik tərəfindən yanvarın 1-dən iyunun 26-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonlarında, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 5780 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4542420 kvadratmetr ərazi yoxlanılıb.