DÜNYA


Pakistanda baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

Bakı, 12 avqust, AZƏRTAC

Pakistanda baş verən partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Kvetta şəhərində baş verən partlayışda 30-dan çox insan da yaralanıb. Bu barədə Bəlucistan əyalətinin daxili işlər naziri Sarfaraz Buqti məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar arasında təhlükəsizlik qüvvələrinin əməkdaşları və mülki şəxslər də var.

Partlayışdan sonra şəhərdə fövqəladə vəziyyət elan edilib.

Baş verən dəhşətli partlayışın səbəbi hələlik məlum deyil. Şahidlərin sözlərinə görə, partlayış təhlükəsizlik qüvvələrinin avtomobilinə qarşı törədilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.