CƏMİYYƏT


Sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb

Bakı, 13 avqust, AZƏRTAC

Hər gün sosial şəbəkələrdə fəal istifadəçilərin sayı bir milyon artır.

AZƏRTAC ICTnews-a istinadla xəbər verir ki, “The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə fəal istifadəçilərin sayı 3 milyardı ötüb.

macdigger.ru saytında isə qeyd olunur ki, hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard fəal istifadəçidən ibarətdir. Onların 87 faizi mobil qurğulardan istifadə edir, 59 faizi isə hər gün “Facebook”a daxil olur.

Fəal istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar.

“Telegram” messencerinin auditoriyası 100 milyon fəal istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.