CƏMİYYƏT


Azərbaycanda ömür uzunluğu beş il ərzində 1,4 il artıb

Bakı, 13 avqust, AZƏRTAC

Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib.

AZƏRTAC Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə istinadla xəbər verir ki, Azərbaycanda ömür uzunluğunda artım müşahidə olunur. Belə ki, son beş il ərzində ömür uzunluğu 1,4 il artıb. Əgər 2011-ci ildə ümumi ömür uzunluğu 73,8 yaşa bərabər idisə, ötən il 75,2 yaş təşkil edib. Həmin göstərici kişilər arasında 72,8, qadınlar arasında isə 77,6 yaşa bərabər olub. Buna baxmayaraq, 2015-ci illə müqayisədə ötən il şəhər yerlərində ömür uzunluğunda azalma, kənd yerlərində isə artım qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.