İQTİSADİYYAT
10 ayda əkin sahələrindən 3052,0 min ton məhsul götürülüb
Bakı, 16 noyabr, AZƏRTAC
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Cari ilin noyabrın 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin 995,1 min hektar əkin sahəsindən 3052,0 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,2 min ton çox məhsul götürülüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, orta hesabla hər hektardan əldə edilmiş məhsul 30,7 sentner təşkil edib.
Məhsul yığımı başlanandan noyabr ayının 1-dək sahələrdən 880,1 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 52,5 min ton çox kartof, 1205,6 min ton (28,4 min ton az) tərəvəz, 464,5 min ton (19,1 min ton az) bostan məhsulları, 690,9 min ton (23,9 min ton az) meyvə və giləmeyvə, 124,7 min ton (17,6 min ton az) üzüm, 984,5 ton (426,6 ton çox) yaşıl çay yarpağı, 115,0 min ton (25,7 min ton az) şəkər çuğunduru, 17,1 min ton (1,7 min ton az) dən üçün günəbaxan, 3406,0 ton (67,3 ton çox) tütün yarpağı yığılıb.
Oktyabr ayının 31-dək sahələrdən 44,1 min ton (17,0 min ton çox) pambıq yığılaraq tədarük müəssisələrinə təhvil verilib.