CƏMİYYƏT
Xəzər Dənizi Su Bioloji Resursları Komissiyasının 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb VİDEO
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Bakıda Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edir.
Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı prosedur qaydalarının qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması və s. məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.
Sessiya noyabrın 23-dək davam edəcək.