|
1920-ci il. Paris Sülh Konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Lord Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstanın müstəqillik ərinin de-fakto tanınması haqqında qərar yekdilliklə qəbul olunub. Bu uğur Paris sülh konfransında iştirak edən Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin səkkiz aylıq gərgin və səmərəli diplomatik fəaliyyəti nəticəsində qazanılıb. |
|
1569-cu il. Tarixdə ilk dəfə olaraq İngiltərədə, Müqəddəs Pavel kilsəsində lotoreya oynanılıb. İlk lotoreyanın uduş fondu 5 min (hazırkı məzənnə ilə 850 min) funt sterlinq dəyərində idi. |
|
1759-cu il. Pensilvaniya ştatının paytaxtı Filadelfiyada ABŞ-ın ilk həyat sığortası şirkəti yaradılıb. |
|
1935-ci il. Amerikalı Amelia Earhart birnəfərlik təyyarə ilə Sakit okean üzərindən uçuş həyata keçirən ilk qadın təyyarəçi kimi tarixə düşüb. O, Havay adalarından Kaliforniyayadək uçuş keçirib. |