ELM VƏ TƏHSİL
Tarix Muzeyi və Xalq Təhsili Muzeyi birgə elmi seminar təşkil edəcək
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin bir qrup əməkdaşı Xalq Təhsili Muzeyini ziyarət edib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. O, iki muzey arasındakı əməkdaşlığın gənc nəslin maarifləndirilməsində faydalı olacağını diqqətə çatdırıb.
Görüşdə Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq iki muzeyin birgə təşkilatçılığı ilə “Bakı Dövlət Universiteti-100” adlı elmi seminarın keçirilməsi üçün tədbirlər planı müzakirə edilib.
Xalq Təhsili Muzeyinin ekspozisiyası ilə tanış olan MATM-ın əməkdaşlarına Azərbaycan təhsilinin tarixi inkişaf yolu haqqında ətraflı məlumat verilib.