TARİXDƏ BU GÜN


12 AVQUST

A+ A

Avqustun 12-si Beynəlxalq Gənclər Günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə qeyd olunur.

1926-cı il. Azərbaycanın Xalq Şairi Qabil (Qabil İmamverdiyev) anadan olub (1926-2007). O, 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatına,1996-cı ildə “Şöhrət”, 2006-cı ildə “İstiqlal 2” ordenlərinə, 1980-ci ildə “Əmək igidliyinə görə” medalına və digər mükafatlara layiq görülüb. Şair “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri” kimi bir sıra kitabların müəllifidir.

1976-cı il. Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu yaradılıb. Bu institut respublikamızda üzümçülük və şərabçılıq sahəsinin inkişafını təmin etmək və tənzimləmək üçün təsis olunub. İnstitutda yaradılan üzüm sortları 1998-ci ildə Madriddə Beynəlxalq Üzüm və Şərab Təşkilatının “Ticarət Liderləri Klubu” tərəfindən keçirilən müsabiqədə mükafata, 2002-ci ildə isə Meksikanın Milli Marketinq İnstitutunun “Almaz Ulduz” mükafatına layiq görülüb.

1851-ci il. Amerikalı dərzi İsaak Merrit Zinger məkiklə işləyən ilk tikiş maşınını patentləşdirib. “Singer” adlı tikiş maşınının yaradılmasına dərzi cəmi 11 gün vaxt sərf edib. Həmin il o, tərəfdaşı Edvard Klarkla birgə bu tikiş maşınlarını istehsal edən “Singer Company” şirkətini yaradıb. 1855-ci ildə Parisdə keçirilən dünya sərgisində “Singer” birinci yeri tutub.
1865-ci il. Cərrahi əməliyyat zamanı ilk dəfə karbol turşusundan (fenol) istifadə edilib. Əməliyyatlardan sonra ölüm hallarının artmasının səbəblərini araşdıran ingilis cərrah Cozef Lister buna infeksiyaların səbəb olduğunu anlayıb. O, 1865-ci ildə ilk dəfə alətlərin və cərrahın əllərinin dezinfeksiya olunması üçün karbol turşusundan (fenol) istifadə edib. Bununla da əməliyyatlardan sonrakı ölüm halları 45 faizə düşüb.
2000-ci il. Barens dənizində torpedanın partlaması nəticəsində “Kursk” atom sualtı qayığı batıb. Qəza nəticəsində 118 nəfər heyət üzvü həlak olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
11.12.2016 [09:00]
10.12.2016 [09:00]
09.12.2016 [09:00]
08.12.2016 [09:00]