TARİXDƏ BU GÜN


12 İYUL

A+ A

1812-ci il. Azərbaycan yazıçısı, maarifçi və filosof Mirzə Fətəli Axundzadə anadan olub (1812-1878). M.F.Axundzadə bədii yaradıcılığa şeirlə başlayıb ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. M.F.Axundzadə 1850-1855-ci illərdə yazdığı məşhur altı komediyası ilə Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoyub.
1916-cı il. Birinci Dünya müharibəsi zamanı dünyada ilk dəfə zəhərləyici kimyəvi maddə olan iprit tətbiq edilib.

1724-cü il. Osmanlı imperiyası ilə Rusiya arasında İstanbul müqaviləsi bağlanıb. Sənəddə Rusiya ilə Səfəvi dövləti arasında 1723-cü il sentyabrın 12-də bağlanmış Peterburq müqaviləsinin şərtləri təsdiq edilib. Həmin müqaviləyə əsasən, Səfəvilər Dərbənddən Ənzəliyədək bütün Xəzəryanı bölgələri Rusiyaya güzəştə getmiş, Cənubi Azərbaycanı öz əlində saxlamışdı. İstanbul müqaviləsi ilə Osmanlı imperatorluğu da bu bölgünü qəbul edib. Eyni zamanda, müqaviləyə görə, Rusiya Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla Şimali Azərbaycanın Osmanlının nəzarətinə verilməsinə razılaşıb. Şirvan Osmanlının himayəsi altında müstəqil xanlıq statusu alıb. Nəticə etibarilə Azərbaycan torpaqları Rusiya, Osmanlı və Səfəvi dövlətləri arasında bölüşdürülüb. Bundan az sonra, 1724-cü il noyabrın 10-da isə çar I Pyotr erməni əhalisinin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə məşhur fərmanı imzalayıb. Fərmana əsasən, erməni ailələrinin ilk dəstəsinin Gilan və Mazandaran bölgələrinə, eləcə də rusların əlində olan Bakıya köçürülməsinə başlanılıb.

 

1953-cü il. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi və Bakı şəhər Komitəsinin birgə plenumunda Mircəfər Bağırovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad olunması barədə qərar qəbul olunub. Mircəfər Bağırov 1930-cu ildən Azərbaycana rəhbərlik etmişdi. Stalinin ölümündən sonra onun müttəfiq respublikalardakı bütün əlaltılarının, o cümlədən Bağırovun mühakimə olunması qaçılmaz idi. Bağırov 1956-cı il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən ölüm cəzasına məhkum edilib, həmin ilin mayında güllələnib.

 

1993-cü il. Azərbaycan rəhbərliyinin tələbi ilə regiona səfərə gələn ATƏM-in (ATƏT 1995-ci ilədək belə adlanırdı) Minsk qrupunun sədri Mario Raffaelli (İtaliya) erməni silahlı qüvvələrinin hücumlarına məruz qalan Ağdam rayonunda vəziyyətlə tanış olub. Sonra Xankəndi və Yerevana gedən ATƏM rəsmisi ermənilərin girovluqdan azad etdikləri beş azərbaycanlı ilə yenidən Bakıya qayıdıb və Ermənistanın işğalının qarşısını almağa söz verib. Raffaellinin səfərinin "yekunu" olaraq iyulun 23-də erməni qüvvələri Ağdam şəhərini işğal etdilər.
2009-cu il. Litvada ilk dəfə qadın (Dalya Qribauskayte) prezident seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.

Bölmənin digər xəbərləri
08.12.2016 [09:00]
07.12.2016 [09:00]
06.12.2016 [09:00]
05.12.2016 [09:00]