Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov

Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov

Bakı, 18 sentyabr, AZƏRTAC

Nizami Cəfərov. Bu ad və soyadı eşidən sadə insan da, elm, incəsənət, mədəniyyət adamları da, siyasətçilər, ictimaiyyət nümayəndələri də fikirləşmədən akademik Nizami Cəfərovu düşünürlər. Biri deyir gözəl dilçi alimdir, ədəbiyyatşünasdır, digəri isə onu həm də bişmiş siyasətçi, milli mədəniyyətimizin, incəsənətimizin, dilimizin inkişafının, qorunub saxlanmasının, zənginləşməsinin dayağı adlandırır. Həqiqətdə isə bir çox Xalq yazıçısı və şairlərimizin, tanınmış alimlərin, möhtərəm söz və qələm sahiblərinin Nizami Cəfərov barəsində, onun yaradıcılığı haqqında söylədikləri fikirlərə əsaslanaraq və özümüzün qənaətinə görə, hörmətli akademikimizi ana dilimizin korifeyi adlandırsaq, heç də yanılmarıq.

Filologiya üzrə elmlər doktoru, akademik Nizami Cəfərov fenomen insandır, fitri istedada malik alimdir, işıqlı ziyalıdır, mənəviyyat sahibidir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. O, müsbət aura, səmimiyyət və sadəlik təcəssümüdür.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Dilçiliyimizin nurlu şəxsiyyəti - Nizami Cəfərov” başlıqlı məqaləsində yer alıb.

Məqalədə bildirilir: “Nizami müəllimin yaradıcılığı ilə hələ tələbəlik illərindən - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən tanış idim. Onun türkologiyaya, ümumiyyətlə, dilçiliyə aid məqalələrini maraqla oxuyur, faydalanırdım. Həmin dövrdən Nizami Cəfərovun elmi yaradıcılığını izləyir, çoxsaylı kitab və monoqrafiyalarını, məqalələrini daim nəzərdən keçirir, onlardan elmi mənbə kimi istifadə edirəm.

Akademik Nizami Cəfərovla əyani tanışlığım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda aspiranturada oxuyarkən olub. İnstitutun keçirdiyi tədbirdə iştirak edən Nizami müəllim o vaxt gənclərlə söhbəti zamanı vurğuladı ki, o da universiteti bitirdikdən sonra bir müddət Dilçilik İnstitutunda işləyib. Sonra üç il “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında şöbə müdiri vəzifəsində çalışıb. 1991-ci ildən isə fəaliyyətini Bakı Dövlət Universitetinə bağlayıb.

Akademik Nizami Cəfərov müsbət auralı insan olduğu kimi, həm də çox yüksək səviyyəli alimdir, görkəmli türkoloq, dilşünas, ədəbiyyatşünas, tənqidçidir, eyni zamanda, ideoloq və siyasət adamıdır. Bəli, işıqlı təfəkkürə malik professor Nizami Cəfərov gənc yaşlarından bəri bütün fəaliyyətini elmi yaradıcılığa, ictimai işlərə, milli mədəniyyətimizə həsr edib.

Nizami Cəfərovun ömür yoluna nəzər saldıqda onun elmin zirvələrinə pillə-pillə ucaldığının, dilçiliyin müxtəlif sahələrinə nüfuz etməsinin və hər bir mövzunun ətraflı, dərindən təhlil edilməsində, araşdırılmasında yeniliklərin şahidi oluruq.

Akademik Nizami Cəfərov qızıl payız adlanan fəslin başladığı ilk gündə - sentyabr ayının 21-də anadan olub. Ağstafa rayonunun Zəlimxan kəndində dünyaya göz açan, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirən Nizami Cəfərovun hər bir əsəri də elmimiz, xalqımız üçün qızıldan qiymətli mənbədir. Alimin yaradıcılığı, tədqiqatları təkcə Azərbaycan dili və Azərbaycan ədəbiyyatı tarixinə, Azərbaycan türkcəsinin milliləşməsi və azərbaycanşünaslığın inkişaf tarixinə, ümumi türkologiyaya, türk xalqları ədəbiyyatı tarixinə həsr edilməyib. O, eyni zamanda, ana dilimizə, mədəniyyətimizə böyük qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin, Prezidenti İlham Əliyevin fəaliyyətlərinin bu istiqamətinə, müasir ədəbi proseslə bağlı problemlərə, ayrı-ayrı yazıçı və şairlərin, dilçilərimizin yaradıcılıqlarına nüfuz etmiş, əsərlər ərsəyə gətirmişdir. Burada alimin “Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir”, Dəyanət Osmanlı ilə birlikdə yazdığı “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “İlham Əliyev (portret cizgiləri)”, “Füzulidən Vaqifə qədər”, “Bəxtiyar Vahabzadə”, “Anar”, “Möhsün Nağısoylu”, “Afaq Məsud”, “Elçin: yazıçının yaradıcılıq yolu”, “Mir Cəlalın milli ideyaları” kitablarını qeyd etmək yerinə düşər”.

Müəllif bildirir ki, akademik Nizami Cəfərov 500-dən çox elmi əsərin, monoqrafiya və kitabın müəllifidir. Onun kitab və kiçik həcmli məqalələrində belə dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə müəllifin kitablarının adları ilə tanışlıq zamanı alimin yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən.

Akademikin bir neçə monoqrafiya və kitabını diqqətə çatdırmağı vacib saydıq: “Türk dünyası: xaos və kosmos”, “Genezisdən tipologiyaya”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Klassiklərdən müasirlərə”, “Qədim türk ədəbiyyatı”, “Seçilmiş əsərləri (5 cilddə)”, “Tarixin müasirliyi və müasirliyin tarixi”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Türk xalqları ədəbiyyatı (4 cilddə)”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Türkologiyaya giriş” və s. Bunlar Nizami Cəfərovun qələm məhsulunun, təfəkkürünün cüzi bir hissəsidir. Onun yaradıcılığı, məlum olduğu kimi, zəngindir. Bu zənginlik, bu çoxşaxəlilik yalnız dilçi alimləri, ədəbiyyatşünasları deyil, həm də müxtəlif sahələrin mütəxəssislərini cəlb edir. Buna görə də akademik Nizami Cəfərovun həmkarları, çoxsaylı ictimaiyyət nümayəndələri, ziyalılar onun yaradıcılığına həmişə nüfuz etməyə səy göstərirlər. Bunu görkəmli alimin haqqında kütləvi informasiya vasitələrində - qəzet və jurnallarda dərc edilən ciddi yazılardan da açıq-aydın görmək olur. Müəlliflər (onların içərisində Xalq yazıçıları da, akademiklər də, adi ziyalı da var) onun yaradıcılığının bütün istiqamətlərini geniş təhlil edir, xalqımıza yüksək səviyyədə çatdırmağa səy göstərirlər. Nizami Cəfərovun özünü isə olduğu kimi - bütöv şəxsiyyət kimi təqdim edirlər.

Bəli, Nizami Cəfərovun sadəliyi, səmimiliyi, elmiliyi, müsbət aurası, natiqliyi, necə deyərlər, ağır taxtalı olması, xeyirxahlığı onun bütövlüyündə cəmlənib vəhdət təşkil edir. Onu dinləyən hər kəs bu elm xadiminin natiqliyinə məftun olur. Akademik Nizami Cəfərov televiziyada veriliş apararkən adam ekrandan uzaqlaşmır. Həm onun verilişlərinin məzmunlu olması, həm aydın diksiyası adamı valeh edir. Onun rəvan, axıcı danışığına, intellektli, məzmunlu çıxışına qulaq asanda yeniyetmə yaşlarında sahillərində əyləndiyi, sularında üzməyi öyrəndiyi Ana Kürün dərinliyini, sakit, səssiz axımını xatırlayırsan. Tanrı bu istedadı, bu vergini, bu xoşbəxtliyi hər kəsə qismət etmir.

Böyük türkoloq alim, ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran, yeni-yeni qatlar üzə çıxaran Nizami Cəfərov Allahın ona bəxş etdiyi bu qisməti-istedadı öz xeyirxahlığı ilə xalqımıza sərf edir.

Akademik Nizami Cəfərov təmənnasız insandır. Yüksək enerjili, yorulmaq bilməyən, fədakar tədqiqatçı alimdir. Öz yaradıcılıq işləri, siyasi-ictimai, pedaqoji fəaliyyəti, müəyyən kollektivə rəhbərlik etməsi, müxtəlif elmi qurumlarda (Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şura, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dilçilik üzrə ixtisaslaşdırılmış Doktorluq şurası, Azərbaycan Respublikası Milli Məclisinin deputatı) üzv və sədr kimi fəal iştirak etməsi ilə yanaşı, həmkarlarının yaradıcılığını da daim izləyir, öz münasibətini bildirir, mətbuat səhifələrində geniş fikir söyləyir. Bir sözlə, o, ziyalılarımızın (istər ədəbi mühitin, istərsə də elm sahəsinin nümayəndəsi olsun) yaradıcılığından yan keçmir. Vəzifəsindən, titulundan asılı olmayaraq yaradıcılığında müsbət qayə, işıqlı məqam olan insanların fəaliyyətlərinə nüfuz edir, barələrində geniş məqalələr yazır, öz dəyərli fikirlərini bildirir. Biz bunu onun dövri mətbuatda, demək olar ki, hər həftə dərc etdirdiyi yazılarından da aydın görürük.

Böyük alim Nizami Cəfərov mənim də monoqrafiyalarım haqqında rəy söyləmiş, “Ədəbiyyat” qəzetində (13 yanvar 2018-ci il) “Aynelin türkoloji axtarışları” adlı geniş məqalə dərc etdirib. Mənim yaradıcılığıma qiymət verdiyinə görə də hörmətli akademikə dərin təşəkkürümü bildirirəm.

Nizami Cəfərov haqqında çox məqalələr, kitablar yazılıb. Möhtərəm söz sahibləri - Xalq yazıçıları Anar, Elçin, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov, yazıçı Vidadi Babanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və publisist Dəyanət Osmanlı, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli və bir çox başqalarının bu mütəfəkkir alim, ictimai xadim, ideoloq barədə dövri mətbuatda dərc olunan məqalələrində, yaratdıqları əsərlərində Nizami Cəfərovun yaradıcılığına, keçdiyi yola işıq salıb, Misir Mərdanovun təbirincə desək, alimin qazandığı təcrübənin onun bəsirət gözünün daha da genişləndirdiyini vurğulayıblar.

Bəli, Nizami Cəfərov elmiliyi qədər də, hadisələri daha dəqiq görməyi, gələcək barədə dürüst nəticələr çıxarmağı bacaran insandır.

Akademik Nizami Cəfərov 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Atatürk Mərkəzinə fəaliyyətə başlandığı gündən indiyədək müvəffəqiyyətlə rəhbərlik edir. Bu müddət ərzində Mərkəz bir çox faydalı işlər görüb. Burada həyata keçirilən mühüm tədbirlərdən biri türk dünyasının ayrı-ayrı ictimai-siyasi, mədəni qurumları ilə əlaqələrin daha da möhkəmləndirilməsidir.

Nizami Cəfərov təhsil sahəsində də böyük təcrübəyə malikdir, bu sahədə uğurlar qazanıb. O, otuz ildir ki, doğma təhsil ocağında - Bakı Dövlət Universitetində təhsil quruculuğu ilə məşğuldur, pedaqoji fəaliyyət göstərir. Bu təşkilatçı alim tədris müəssisəsində də pillə-pillə irəliləyib, müəllimdən dekan, kafedra müdirliyinədək yüksəlib. “Əməkdar elm xadimi” adına məhz elmi nəticələrinə və təhsil quruculuğuna görə layiq görülüb.

Dilçilik elminə böyük töhfələr verən görkəmli və zəhmətkeş alim, bacarıqlı ictimai-siyasi xadim, gənclikdən ağsaqqal xarakterlərini özündə birləşdirərək cavanlara örnək olan akademik Nizami Cəfərovun sentyabrın 21-də 60 yaşı tamam olur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Dilçilik elminin mayaklarından olan Nizami Cəfərova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir