DÜNYA
Yunanıstan ölkəyə investisiya yatıranlara vətəndaşlıq vermək niyyətindədir
Afina, 19 sentyabr, AZƏRTAC
Yunanıstan hökuməti ölkəyə sərmayə yatıranlara, daşınmaz əmlak alanlara vətəndaşlıq vermək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu fürsətdən istifadə etmək üçün sərmayənin miqdarı ən azı 2 milyon avro olmalıdır. Bununla yanaşı hər il yalnız 200 vətəndaşlıq veriləcək. Hazırda Yunanıstanda Avropa İttifaqı ölkələrindən olmayan vətəndaşlar 5 illik yaşayış icazəsi ala bilərlər. Bunun üçün həmin şəxs 250 min avro dəyərində daşınmaz əmlak almalıdır.
Qeyd edək ki, bu kimi qaydalar Avstriya, Kipr, Malta və digər ölkələrdə də mövcuddur. Avropa İttifaqının bəzi ölkələri vətəndaşlığın belə verilməsini tənqid etməsinə baxmayaraq ölkələr sərmayəçiləri cəlb etmək üçün müxtəlif üsullara əl atırlar.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]