ELM VƏ TƏHSİL
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı gəncəli müəllimə həsr olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nurlana Mirzəyevaya həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Nurlana Mirzəyeva Gəncə Dövlət Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə təhsil alıb. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb.
Cari tədris ilindən pedaqoji fəaliyyətə başlayan Nurlana Mirzəyeva deyir: “Dərs zamanı çalışıram ki, şagirdlər dərsdən yorulmasınlar, əyləncəli bir şəkildə mövzunu mənimsəsinlər”.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.