CƏMİYYƏT
Bu il bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan reabilitasiya müəssisələrində bu ilin 9 ayı ərzində həmin kateqoriyadan olan 1874 uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövr ərzində nazirliyin Uşaq Bərpa Mərkəzində 1543 uşaq stasionar və ambulator şəraitdə bərpa müalicəsi prosedurlarına cəlb olunub. Müəssisədə sağlamlıq imkanları məhdud uşaqlar tədris metodikaları əsasında tədris-peşəyönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə də əhatə ediliblər. Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə 331 sağlamlıq imkanları məhdud uşaq ambulator şəraitdə reabilitasiya kursları keçib.
Hər iki müəssisədə uşaqlara müxtəlif fizioterapevtik prosedurlarla yanaşı, peşəkar psixoloq, loqoped, art-terapevt və s. xidmətləri də göstərilib.