ELM VƏ TƏHSİL
Xəzər Universitetinin əməkdaşının həmmüəllifi olduğu məqalə beynəlxalq jurnalda dərc edilib
Bakı, 3 aprel, AZƏRTAC
Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin Mexanika mühəndisliyi departamentinin müəllimi Ramin Xamedinin həmmüəllifi olduğu "Pitting Corrosion Behavior of CUSTOM 450 Stainless Steel Using Electrochemical Characterization” ("CUSTOM 450 paslanmayan poladın elektrokimyəvi xarakterizasiyasından istifadə edərək yerli korroziyanın davranışı") adlı məqaləsi “Metals and Materials” (“Metal və materiallar”) beynəlxalq jurnalında dərc edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu tədqiqat işi R.Xamedinin və onun həmkarı Esmail Poursaeidinin rəhbərliyi ilə İranın Zəncan Universitetində iki doktorant tələbənin dissertasiyalarının nəticələrindən biridir. Məqaləni https://link.springer.com/article/10.1007/s12540-020-00640-w#citea linki vasitəsilə oxumaq olar.