CƏMİYYƏT
Arxangelskin Azərbaycan diasporu çoxuşaqlı ailələrə meyvə sovqatı çatdırıb
Moskva, 10 aprel, AZƏRTAC
Arxangelsk vilayətinin Azərbaycan diasporu onlarca çoxuşaqlı və aztəminatlı ailələrdən olan uşaqları meyvə sovqatı ilə sevindirib.
AZƏRTAC xəbər verir ki, ictimai təşkilatın sədri Tərlan Qasımov Arxangelskdəki həmin ailələrə baş çəkib.
Bugünkü çətin vəziyyətdə bir çox insan ağır həyat şəraiti ilə üz-üzə qalıb. Ən zəif təbəqə çoxuşaqlı və aztəminatlı ailələrdir. İctimai təşkilatın nümayəndələri, sahibkarlar ehtiyacı olanlara ərzaq yardımı göstərməyə hazırdırlar.
“Arxangelsk vilayətinin Azərbaycan diasporu” ictimai təşkilatının sədri Tərlan Qasımov da onlarca çoxuşaqlı və aztəminatlı ailələrdən olan uşaqları meyvə sovqatı ilə sevindirib. “Biz Arxangelskin çoxuşaqlı və aztəminatlı ailələrinə yardım edən bütün ictimai təşkilatların təşəbbüsünü dəstəkləməyə hazırıq. Ərzaq sovqatı 3 uşaqdan 6 uşağadək olan ailələrə paylanılıb. Bu ailələrin hər biri yanaşı yaşadıqları insanların qayğısına qalan qonaqların gəlişinə çox sevinirdi”, - deyə “Arxangelsk şəhəri” bələdiyyə qurumunun sosial məsələlər üzrə rəhbərinin müavini Svetlana Skomoroxova qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva