Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Naxçıvan, 12 avqust, AZƏRTAC

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görülür. Enerji təhlükəsizliyinin təmin olunması inkişaf deməkdir. Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuş, bu ilin ötən dövründə Kəngərli rayonunda 3 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Tivi Su Elektrik Stansiyasının təməli qoyulmuşdur. Şərurda da 5 meqavatlıq Günəş Elektrik Stansiyasının qurulması nəzərdə tutulub. Eyni zamanda, təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə İğdır-Naxçıvan qaz xətti çəkiləcək.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada ümumi inkişafın əsas göstəriciləri olan əhali rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Muxtar respublikada elektrik enerjisinə və qaza olan gündəlik tələbat tam ödənilir. Lakin muxtar respublikada məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır. Bu gün muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələri ümumi tələbatın 70 faizindən çoxunu ödəyir. Ordubad və Tivi Su Elektrik stansiyaları istifadəyə verildikdən sonra isə enerji tələbatı tamamilə bərpa olunan enerji mənbələri hesabına ödəniləcəkdir. Qaza artan tələbat isə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatandan sonra təmin ediləcəkdir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir.

Ali Məclisin Sədri deyib: Dövlət Energetika Xidməti istehlakçıları payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün istifadəyə yararsız avadanlıq və xətlərin yeniləri ilə əvəz olunması işlərini davam etdirməli, mövsümi hazırlıqla bağlı zəruri ehtiyat yaradılmalıdır. Həmçinin enerji israfçılığının qarşısı alınmalı, texniki itki minimuma endirilməlidir. Noyabr ayından etibarən qəza-bərpa briqadaları təşkil olunmalı, işçilərə qış mövsümünə uyğun xüsusi geyimlər verilməli, Ordubad və Tivi Su Elektrik stansiyalarının tikintisi, eləcə də smart-kart tipli sayğacların quraşdırılması mövsüm şərtlərinə uyğun davam etdirilməlidir.

Qeyd olunub ki, Qaz İstismar Xidməti qış mövsümündə təbii qazın nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, xətlərdə təzyiq tələbata uyğun tənzimlənməli, meydana çıxan texniki itki normaları minimal həddə saxlanılmalıdır. Təbii qazın dəyəri istehlakçılar tərəfindən tam ödənilməli, qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, qaz çəkilişi ilə bağlı müraciətlər dərhal həll edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanlar peşə kurslarına cəlb edilməli, işçilər mövsümi geyim və avadanlıqlarla təmin olunmalıdırlar. Cari il noyabr ayının 1-dək qış mövsümünə hazırlıq işləri başa çatdırılmalıdır. Şəhər və rayon icra hakimiyyətləri bu dövrdə bütün yaşayış məntəqələrində hazırlıq işləri görməli, istilik təsərrüfatlarında çatışmazlıqları aradan qaldırmalı, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin edilməli, qənaət rejimində fəaliyyətinə nəzarət olunmalıdır. Eyni zamanda, ictimai yaşayış binalarında mövsümə uyğun tədbirlər görülməli, kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyətini yoxlamalı, payız suvarma mövsümü bitdikdən sonra hidrotexniki qurğular növbəti ilə hazırlanmalı, su bəndləri vaxtında bağlanmalı və anbarlarda su ehtiyatı yaradılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada az sayda müəssisə və təşkilatın qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Həmin müəssisə və təşkilatların fəaliyyətinin qış mövsümündə fasiləsizliyini təmin etmək məqsədilə Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi tələb olunan maye qaz və neft məhsullarının tədarükünü aparmalıdır. Təhsil Nazirliyi tədris prosesi başladığı dövrdən etibarən ümumtəhsil məktəblərində əsas diqqəti dərslərin davamlılığına, eləcə də mövcud vəziyyətə uyğun olaraq müəllim və şagirdlərin sağlamlığının qorunmasına yönəltməli, qazanxanalar işlək vəziyyətə gətirilməli, peşə kursu keçmiş və sertifikat almış ocaqçılar işə götürülməlidir. Səhiyyə Nazirliyi tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümi xəstəliklərlə bağlı məlumatlandırılmalı, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Muxtar respublikanın mədəniyyət və idman müəssisələrinin davamlı fəaliyyəti diqqətdə saxlanmalı, Mədəniyyət, Gənclər və İdman nazirlikləri tərəfindən hazırlıq işləri görülməli, çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati binalara, sosial obyektlərə və məktəb binalarına baxış keçirməli, ehtiyac olan təmir işləri müəyyənləşdirilməli və noyabrın 1-nə qədər başa çatdırılmalıdır.

Müşavirədə tapşırılıb ki, Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişindaşıma xidmətinin davamlı həyata keçirilməsinə nail olmalı, nəqliyyat vasitələri mütəmadi texniki baxışdan keçirilməli, yaşayış məntəqələri arasında hərəkət qrafik üzrə tənzimlənməlidir. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarında tələb olunan təmir-tikinti işlərini aparmalı, qartəmizləyən texnikaların işlək vəziyyətdə olmasını təmin etməli, qum ehtiyatı tədarük olunmalıdır. Naxçıvan Beynəlxalq Hava Limanı qış aylarında uçuşların təhlükəsizliyi ilə bağlı işləri nəzarətdə saxlamalı, maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki cəhətdən sazlığını yoxlamalı, tələbata uyğun yanacaq və material ehtiyatı yaratmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti vaqon və lokomotivləri mövsümə uyğun saz vəziyyətə gətirməli, istilik sistemləri yoxlanılmalı, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqət artırılmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərini əvvəlcədən təlimatlandırmalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalı, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülməli, dezinfeksiya işləri davam etdirilməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almalıdır. Fövqəladə Hallar Nazirliyi yaşayış məntəqələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı işlər görməli, xüsusi təhlükəli obyektlərdə reydlər keçirilməlidir.

Muxtar respublikada dövlət ehtiyatlarının yaradılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verən Ali Məclisin Sədri deyib ki, İqtisadiyyat Nazirliyi bazarın vəziyyətini təhlil etməli, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatı müəyyənləşdirməli, kənd təsərrüfatı məhsulları soyuducu anbarlara tədarük olunmalı və ehtiyat yaradılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Sosial könüllülüklə bağlı layihələr və hərbi hissələr üçün yun corabların toxunması işi davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqəti artırmalı, mal-material ehtiyatı yaradılmalı, “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən fasiləsiz poçt xidmətləri göstərilməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaq və ərzaq təchizatı vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın yekun vəziyyəti barədə Ali Məclisə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlar görməli, qurumuş ağaclar kəsilərək hərbi hissələrə və odun kömürü müəssisəsinə verilməli, qış mövsümündə muxtar respublika faunasının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanmasını diqqətdə saxlamalı, təsərrüfatlarda maarifləndirici görüşlər keçirilməli, mövsümə uyğun baytarlıq nəzarəti tədbirləri davam etdirilməlidir. Maliyyə Nazirliyi dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət etməli, payız-qış mövsümünə hazırlıqla bağlı tələb olunan mal-materialın alınması üçün lazım olan vəsaiti ayırmalıdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti istilik sistemi olmayan müəssisələr üçün tələb olunan yanacağın və digər mal-materialın bölgüsünü təsdiq etməli, istilik sistemlərindən istifadə limiti müəyyənləşdirilməli, payız-qış mövsümünə hazırlıqla bağlı aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müzakirələr aparılmalı, görülən işlər barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı payız-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqların icrasını diqqətdə saxlamalı, mövsüm ərzində bu məsələ ilə bağlı daxil olan müraciətlər, eləcə də ərizə və şikayətlər dərhal araşdırılmalı və aidiyyəti üzrə məlumat verilməli, problemlər qısa müddətdə aradan qaldırılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub