Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa kimi söz azadlığından danışan bir ölkədə erməni lobbisinin söz azadlığını boğması qəbuledilməzdir

Fransa kimi söz azadlığından danışan bir ölkədə erməni lobbisinin söz azadlığını boğması qəbuledilməzdir

Bakı, 27 oktyabr, AZƏRTAC

Son günlər Fransada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri yazan jurnalistlər, siyasətçilər, eləcə də ictimai şəxslər erməni təşkilatlarının hədə-qorxusu ilə üzləşirlər.

Hər hansı bir televiziya kanalını boykot etməyə çağırış və ya jurnalistin birbaşa ölümlə təhdid edilməsinin bu gün asanlıqla baş verməsi təəccüb və hiddət doğurur. Fransa kimi söz azadlığından danışan bir ölkədə erməni lobbisinin söz azadlığını boğması qəbuledilməzdir.

Jurnalistikanın fundamental prinsiplərinə sadiqlik nümayiş etdirərək baş verənlər barədə qərəzsiz məlumat təqdim edən həm “TF1” kanalının rəhbərliyi, həm də Xanım Budul yayımlanan reportajdan sonra erməni lobbisinin təhdidlərinə məruz qalıb.

Yalanlarının ifşa olunduğunu görən erməni lobbisi öz məqsədlərinə nail ola bilmədikləri üçün hədə-qorxu və təhdidlərdən istifadə edirlər. Bu, bir daha erməni diasporunun iç üzünü, mətbuat azadlığına qarşı olan qərəzli münasibətini nümayiş etdirir.

Xatırladaq ki, Dağlıq Qarabağda müharibə başlayanda “Liberation” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən ölüm hədələri almışdı.

Fransada satirik “Charlie Hebdo” jurnalı üz qabığında Məhəmməd Peyğəmbərin karikaturalarına görə hücuma məruz qaldığı zaman Fransa başda olmaqla bütün Avropa ölkələri ayağa qalxdı, həmrəylik göstərdi. Fransa mətbuatı isə yaşanmış olayı təkcə “Charlie Hebdo”ya qarşı işlənmiş bir cinayət kimi yox, Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi.

Təəssüf ki, bütün dünya liderləri “Charlie Hebdo”ya qarşı hadisəni söz azadlığına qəsd kimi qiymətləndirdiyi halda ASALA-nın, eləcə də erməni terror təşkilatlarının jurnalistlərə və beynəlxalq hüququ dəstəkləyən deputatlara qarşı ölüm hədələrinə susqunluq və biganəlik nümayiş etdirir.

Məsələ burasındadır ki, bu gün azadlıq ideyasından böyük dövlətlər digər dövlətlərə təsir etmək üçün alət kimi istifadə edirlər.

Onu da qeyd edək ki, “TF1” kanalı və digər mətbu orqanların təhdidə məruz qalan əməkdaşları hazırladıqları reportajlarda heç də Azərbaycan mövqeyindən çıxış etmirlər. Lakin biz xarici media nümayəndələrinin neytral hazırladıqları məlumatlara anlayışla yanaşır və onların əməyinə hörmətlə yanaşırıq.

Bundan başqa, ermənilər artıq aşkar şəkildə onlara dəstək olmayan müttəfiqlərini, bir sıra böyük dövlətləri terrorla hədələyir. Fransa Milli Assambleyasının (Parlament) Xarici İşlər üzrə Komissiyasının və Fransa-Azərbaycan Dostluq Qrupunun üzvü, deputat Jerom Lamberin erməni lobbisinin üzvləri tərəfindən ona göndərilən təhdid dolu yazını “Twitter” hesabında paylaşıb. Dostluq qrupunun vitse-prezidenti Fransadakı erməni lobbisinin onların mövqeyini dəstəkləməyən avropalı siyasətçiləri belə təhdid etdiyini də bildirib.

Bu gün biz erməni lobbisi həqiqəti deyən jurnalistləri və siyasətçiləri dəfələrlə susdurmaq üçün səfərbər olduğunun və fikir azadlıqlarına necə manipulyasiya edərək beynəlxalq hüquqa qarşı çıxdığının şahidi oluruq. Bütün bunlar ermənilərin çıxış yolu kimi terroru seçdiklərini təsdiqləyir. Bir daha təsdiq olundu ki, ermənilərin əsas metodlarından olan terrorçuluq Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir.

“Demokratiyanın beşiyi” adlandırılan Fransa kimi bəşəri ənənələrə malik ölkədə demokratizmin mühüm göstəricisi sayılan söz azadlığına qarşı ağlagəlməz basqı təəccüb doğurur. Necə olur ki, F1 kanalını, beynəlxalq hüququ dəstəkləyən deputatları terrorizmlə və ASALA ilə hədələyirlər, Fransada söz azadlığına və demokratik prinsiplərə qarşı gedə bilirlər. Biz Avropa cəmiyyətində söz və ifadə azadlığı üçün qorxunc mənzərə görürük.

Başqa ölkələrdə insan hüquqları axtarışında olan Fransanın öz daxilində ASALA-nın, eləcə də daim himayə elədiyi erməni lobbisinin jurnalistlərə qarşı ölüm hədələrinə cavabı bu ölkə rəsmilərinin insan hüquqlarının müdafiəsinə, söz azadlığına verdiyi önəmi əks etdirəcəyinə ümid edirik.

Fransada fəaliyyət göstərən müstəqil kütləvi informasiya vasitəsinə və siyasətçilərə qarşı erməni lobbisinin göstərdiyi təzyiqlərə söz azadlığının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən təşkilatlar öz münasibətini bildirməlidir. Təəssüf ki, beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini görməyən erməni terrorizmi bu hadisələrə lazımi qiymət verilməməsi ucbatından getdikcə daha geniş miqyas alır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb