MƏDƏNİYYƏT
“Xankəndi necə Stepanakert oldu” sənədli videoçarxı Misirin informasiya agentliyində də yerləşdirilib
Qahirə, 30 noyabr, AZƏRTAC
Misirin “Asiaelyoum” informasiya agentliyi Azərbaycan Dövlət Tərcümə Mərkəzinin “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarxını öz oxucularına təqdim edib.
AZƏRTAC xəbər verir ki, informasiya agentliyi Xankəndinin tarixi haqqında geniş mətni də dərc edib. Mətndə qədim Xankəndinin tarixindən, Çar Rusiyası və İran şahı arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı məkrli erməniləşdirmə siyasətindən bəhs olunur.
Sonda qeyd edilib ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə