ELM VƏ TƏHSİL
Coğrafiyaşünas alim: Ermənistanın işğalçılıq siyasəti nəticəsində təbii sərvətlərimiz məhv edilib
Bakı, 30 noyabr, AZƏRTAC
Ermənistanın işğalçılıq siyasəti nəticəsində təbii sərvətlərimiz məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev məlumat verib.
Düşmən tapdağından azad edilən ərazilərimizdə ekoloji vəziyyətə aydınlıq gətirən alim bildirib ki, işğal nəticəsində Qarabağda fəaliyyət göstərən sənaye, kənd təsərrüfatı müəssisələri, sosial infrastruktur, kurort-turizm sahələri, hər şeydən əvvəl isə əhali terrora məruz qalıb. Həmçinin torpaqlar deqradasiyaya uğradılıb, su ehtiyatları zəhərli maddələrlə çirkləndirilib, təbii sərvətlər vəhşicəsinə istismar edilərək ölkədən çıxarılıb. Azərbaycanın nəzarətindən kənarda qalan ərazilərdə böyük problemlər yaranıb, Naxçıvanla Azərbaycan arasındakı bütün kommunikasiya sistemləri məhv edilib.